Maliyyə analitiki/Aparıcı maliyyə analitiki

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 12 fevral 2026

Son Tarix: 12 mart 2026

Təsvir

  • Şirkətin aqrar, istehsal, emal, zavod və ixrac fəaliyyətləri üzrə maliyyə və əməliyyat göstəricələrinin sistemli təhlili;

  • Məhsul əkini, becərilməsi, yığımı, emalı və ixrac mərhələləri üzrə maya dəyərinin formalaşdırılması, optimallaşdırılması və monitorinqi;

  • Zavod istehsalatı üzrə məhsuldarlıq, itkilər, çıxım faizi (yield), enerji və resurs istifadəsinin maliyyə baxımından təhlili;

  • Faktiki istehsalat göstəricələri ilə plan/büdcə göstəricələrinin müqayisəli təhlili və kənarlaşmaların səbəblərinin izahı;

  • İstehsalat prosesləri ilə maliyyə nəticələri arasında birbaşa əlaqənin qurulması və ölçülə bilən KPI-ların formalaşdırılması;

  • Yeni layihələr üzrə ilkin texniki-iqtisadi əsaslandırma (TİƏ), investisiya ehtiyacının hesablanması, gəlirlilik, geri dönüş müddəti və risklərin təhlili;

  • ERP sistemində istehsalat əməliyyatlarının, material hərəkətinin, maya dəyəri elementlərinin düzgün əks olunmasına nəzarət;

  • Əsas vəsaitlərlə iş: avadanlıqların, texnikanın və istehsalat xətlərinin uçotu, amortizasiya hesablamalarının prosesə uyğun qurulması, əsas vəsaitlərin səmərəlilik analizinin aparılması;

  • Texniki və istehsalat komandaları ilə birgə proseslərin maliyyə baxımından təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;

  • Rəhbərlik üçün mütəmadi analitik hesabatların, ad-hoc maliyyə modellərinin, qərar dəstək materiallarının hazırlanması.

Tələblər

  • Maliyyə, iqtisadiyyat və ya oxşar sahə üzrə ali təhsil;

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;

  • İstehsalat, aqrar, sənaye və ya oxşar sahələrdə maliyyə yönümlü təcrübə;

  • Analitik düşüncə və prosesləri anlama qabiliyyəti;

  • Rəqəmlərlə işləməklə yanaşı, əməliyyat proseslərinə maraq;

  • Maliyyə və uçot proqramları ilə işləmək bacarığı;

  • Excel və analitik alətlərlə işləmə bacarığı;

  • Məsuliyyətlilik və hesabatlılıq; dəqiqlik və çeviklik;

  • Yalnız və komanda ilə effektiv işləmə bacarığı;

  • İşin tələblərinə uyğun olaraq ölkədaxili ezamiyyətlərə açıq olmalı.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8311

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə