Ana Səhifə
Vakansiyalar
İnformasiya Texnologiyaları (İT)
Digər İT işləri

Maliyyə Analitiki üzrə Təcrübəçi (Finance Analyst Intern)

Maliyyə Analitiki üzrə Təcrübəçi (Finance Analyst Intern)

Bakı

Təcrübə

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 27 may 2026

Təsvir

İş şəraiti:

  • İş yeri: Müasir ofis – Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu

  • Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək

  • Məşğulluq növü: Tam ştat / Təcrübə proqramı

Vəzifə öhdəlikləri

  • Şirkətin maliyyə və biznes göstəricilərinin analizində Maliyyə komandası ilə birlikdə iştirak etmək;

  • Müxtəlif mənbələrdən maliyyə və əməliyyat məlumatlarının toplanması, yoxlanılması və strukturlaşdırılmasına dəstək göstərmək;

  • CRM və digər daxili sistemlərdən əldə olunan məlumatlar əsasında maliyyə hesabatlarının və analitik dashboardların hazırlanmasına kömək etmək;

  • Büdcə, satış və gəlir göstəriciləri üzrə məlumatların təhlilində iştirak etmək;

  • Müxtəlif departamentlərdən daxil olan maliyyə və data sorğularının emalına dəstək göstərmək;

  • Data keyfiyyətinin artırılması və maliyyə proseslərinin optimallaşdırılması üzrə ilkin təkliflər hazırlamaq;

  • Analitik maliyyə hesabatlarının hazırlanmasında və nəticələrin komanda daxilində təqdim edilməsində iştirak etmək.

Tələblər

  • Maliyyə, İqtisadiyyat, Biznes idarəçiliyi, Analitika və ya əlaqəli sahələr üzrə təhsil (bakalavr və ya magistr tələbəsi);

  • MS Excel üzrə yaxşı səviyyədə bilik (Pivot Table, funksiyalar və s.);

  • SQL və ya Power BI üzrə ilkin biliklər üstünlük hesab olunur;

  • Analitik düşüncə və məlumatlarla işləməyə maraq;

  • Diqqətcil, məsuliyyətli və öyrənməyə açıq olmaq;

  • Komanda ilə işləmək və effektiv kommunikasiya bacarığı;

  • Rus və İngilis dili bilikləri arzuolunandır.

Şirkət tərəfindən təklif olunur

  • Real maliyyə və biznes məlumatları ilə işləyərək praktiki təcrübə qazanmaq imkanı;

  • Peşəkar inkişaf üçün mentor dəstəyi və daxili təlimlər;

  • Müasir və rahat iş mühiti;

  • Uğurlu nəticə göstərən namizədlər üçün tam ştatlı vəzifəyə keçid imkanı;

  • Komanda tərəfindən texniki və metodiki dəstək.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Finance Analyst Intern” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15260

İş Növü

Təcrübə

Təcrübə Səviyyəsi

Orta Səviyyə