Maliyyə Analitiki üzrə Təcrübəçi (Finance Analyst Intern)
İş şəraiti:
İş yeri: Müasir ofis – Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu
Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək
Məşğulluq növü: Tam ştat / Təcrübə proqramı
Vəzifə öhdəlikləri
Şirkətin maliyyə və biznes göstəricilərinin analizində Maliyyə komandası ilə birlikdə iştirak etmək;
Müxtəlif mənbələrdən maliyyə və əməliyyat məlumatlarının toplanması, yoxlanılması və strukturlaşdırılmasına dəstək göstərmək;
CRM və digər daxili sistemlərdən əldə olunan məlumatlar əsasında maliyyə hesabatlarının və analitik dashboardların hazırlanmasına kömək etmək;
Büdcə, satış və gəlir göstəriciləri üzrə məlumatların təhlilində iştirak etmək;
Müxtəlif departamentlərdən daxil olan maliyyə və data sorğularının emalına dəstək göstərmək;
Data keyfiyyətinin artırılması və maliyyə proseslərinin optimallaşdırılması üzrə ilkin təkliflər hazırlamaq;
Analitik maliyyə hesabatlarının hazırlanmasında və nəticələrin komanda daxilində təqdim edilməsində iştirak etmək.