Mağaza rəhbərinin müavini (Lənkəran)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 10 aprel 2026

Son Tarix: 10 may 2026

Təsvir

  • Mağaza üzrə satışın effektiv həyata keçirilməsinə nəzarət edilməsi;

  • Mağaza işçilərinin vəzifə təlimatına əsasən iş icrasına, daxili intizam qaydalarına və iş keyfiyyətinə nəzarət edilməsi;

  • Mütamadi olaraq mağaza üzrə məhsul qalığının yoxlanılmasına nəzarət edilməsi;

  • Struktur bölmələrdən gələn müraciətlərin araşdırılması və cavablandırılması;

  • İstifadəyə yararsız, itmiş, xarab olmuş məhsulların aktlaşdırılması və müvafiq struktur bölmələrə bildirilməsi;

  • Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsinə nəzarət edilməsi;

  • Mağazanın təmizliyinin, səliqəsinin və təhlükəsizlik tədbirlərinin gözlənilməsinin təmin edilməsinə nəzarət edilməsi;

  • Məhsul stendlərinin məhsullar ilə təmin edilməsinə nəzarət edilməsi.

Tələblər

  • Ali təhsil;

  • Rəhbər vəzifəsində ən az 1 il iş təcrübəsi (Mütləqdir);

  • Səlis azərbaycan dili biliyi, rus dili biliyi üstünlükdür;

  • Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);

  • 1C proqramında işləmə bacarığı arzu olunandır;

  • Liderlik xüsusiyyətləri;

  • Yaranmış problemləri həll etmə bacarığı;

  • Nəticə yönümlülük;

  • Qəbul edilmiş qərarlara cavabdehlik daşımaq bacarığı;

  • Komandada işləmək bacarığı.

İş şəraiti:

  • İş günləri: 6 günlük;

  • Rəqabət qabiliyyətli əmək haqqı.

Necə Müraciət Etmək Olar

Kontakt Home

Kontakt Home

Retail

Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13300

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Sahə rəhbəri

Tam Ştat

Gündəlik olaraq iş planının hazırlanması (qəbul/çıxış həcmləri, prioritet sifarişlər, risklər) hazırlanması və komandaya ötürülməsi; Gündəlik olaraq ərazinin monitorinq edilməsi, riskli sahələr və vəziyyət aşkar etdikdə tədbirlərin görülməsi, o cümlədən işçilərin geyim qaydasına riayət etmələrinə nəzarət edilməsi; Gündəlik olaraq işçilərin davamiyyətinə, eləcə də, iş vaxtında nahar/çay, istirahət vaxtlarının balanslı şəkildə bölüşdürülməsinə nəzarət edilməsi; Gündəlik olaraq iş yükünə uyğun olaraq anbar binaları arasında resurs balansının təmin edilməsi (işçi qüvvəsi, texnika, vaxt bölgüsü); Gündəlik olaraq plan-fakt icrasının izlənilməsi, gecikmə risklərinin vaxtında müəyyən edilib, tədbirlər görülməsi; Qapılarda yükləmə-boşaltma ardıcıllığının düzgün idarə edilməsinə nəzarət, tıxacların qarşısının alınması üçün tədbirlərin görülməsi; Maşınların qəbul/yükləmə prosesində növbəliliyi, gözləmə vaxtları və qapı intizamının nəzarətdə saxlanılması; Anbarda əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edilməsi; Anbar daxilində bufer zonanın, keçidlərin boş saxlanılmasına nəzarət, eləcə də, müntəzəm olaraq məhsul qalıqlarının rahat sayıla bilməsi üçün səliqəli saxlancın təmin olunması; Sənəd/sistem xətalarının (yanlış SKU, yanlış lokasiya, artıq/əskik çıxış və s.) səbəbinin araşdırılması, düzəliş edilməsi üçün/əməliyyat rəhbəri ilə koordinasiyanın qurulması; Zədəli, natamam, uyğunsuz məhsullar aşkarlandıqda operativ tədbirlərin görülməsi (akt, protokol, izolyasiya, foto/video qeydiyyat və s.); Anbarda istifadə olunan forklift və digər yükləmə texnikasının düzgün və təhlükəsiz istifadəsinə nəzarət edilməsi; Geri qaytarmalar, müvəqqəti saxlanc və s. oxşar statuslu məhsullar üçün sahə nizamının təmin edilməsi; Sahə əməkdaşlarının performansının izlənilməsi, geribildirim verilməsi və inkişaf yönümlü tədbirlər üçün rəhbərliyə təkliflərin hazırlanması; Gün sonunda plan/fakt, gecikmələr, uyğunsuzluqlar, açıq qalan işlər və növbəti günün planı barədə anbar rəhbərinə məruzə edilməsi; İşə yeni cəlb olunan əməkdaşların təlimatlandırılması və sahə üzrə adaptasiyası işinin təşkili; Rəhbərliyin tələbi ilə işə aid digər tapşırıqların icrası.