Mağaza menecerinin köməkçisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 16 yanvar 2026
Son Tarix: 16 fevral 2026
Təsvir
Sinteks Şirkətlər Qrupu “Terranova”, “Calliope”, “OXXO” və “New Yorker” mağazaları üzrə “Mağaza menecerinin köməkçisi” vakansiyasını elan edir
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu: Bu vəzifənin rolu satışın təşkil edilməsinə Mağaza menecerinə dəstək göstərməkdir.
Vəzifə öhdəlikləri:
Müəyyən edilmiş prosedurlara uyğun olaraq malların anbardan mağazaya əvəzetməsinə dəstək verir.
Mağaza daxilində hər hansı bir problemi dərhal müəyyən etmək və həll etmək üçün «check list»-ə qeyd edir.
Təyin olunmuş sahələrdə işçilərin işini təşkil və onlara nəzarət edir.
İşçilərin iş qrafikləri və davamiyyətinə nəzarət edir.
İşçilərin xarici görünüşünün, o cümlədən uniforma, saç düzümü, makiyaj və gigiyenasının tələb olunan standartlara uyğun olmasını təmin edir.
Mağazanın satış hədəflərinə nail olmsı üçün komanda ilə əməkdaşlıq edir.
Mağazada malların qəbulu prosesində iştirak edir.
Mağazada təmizlik işlərinə nəzarət və idarə edir.
İşçilərin müəyyən edilmiş qaydalara uyğun olaraq mağazaya giriş və çıxış prosedurlarına əməl etmələrini təmin edir.
Professional biliklər:
Satışın təşkili
MS Office Proqramları
Təhsil:
Orta təhsil (Ali təhsil üstünlükdür)
İş təcrübəsi:
Pərakəndə satış sahəsində ən az 2 il iş təcrübəsi
Professional bacarıq və səriştələr:
İdarəetmə bacarıqları
Nəticəyönümlülük
Təşkilatçılıq
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza menecerinin köməkçisi” qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Sinteks Group of Companies
Retail
Sinteks Group of Companies 1996-cı ildə təsis edilmiş və Qafqazla Mərkəzi Asiya regionunda ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biri hesab olunur. Şirkət 300-dən artıq moda, zərgərlik, kosmetika və ev əşyaları brendini idarə edir, həmçinin 10-dan çox kafeteriya filialı ilə fəaliyyət göstərir. Portfelində Alexander McQueen, Armani Exchange, Balenciaga, Gucci, Ralph Lauren, New Yorker, Mango, Next kimi dünya şöhrətli markalar yer alır və şirkət EMPORIUM, SCOOP, BISQUE və ALBATROS kimi özəl konsept mağazaları da yaradıcısıdır. Sinteks pərakəndə satışla yanaşı qida və içki sektorunda da aktivdir — Gloria Jean’s Coffee Shops və Emporium Café kimi məkanlar vasitəsilə müştərilərə xidmət göstərir. 2020-ci ildən etibarən Hom*me brendi ilə ev əşyaları, aksesuarlar və dekorasiya sahəsində də genişlənmişdir. Şirkətin baş ofisi Bakı şəhərində yerləşir və o, regionda moda və lüks pərakəndə satış sahəsində lider mövqeyini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#5063
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+