Ana Səhifə
Vakansiyalar

Mağaza menecerinin köməkçisi

Mağaza menecerinin köməkçisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 22 mart 2026

Son Tarix: 23 mart 2026

Təsvir

Sinteks Şirkətlər Qrupu “Terranova”, “Calliope”, “OXXO” və “New Yorker” mağazaları üzrə “Mağaza menecerinin köməkçisi” vakansiyasını elan edir!

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu: Bu vəzifənin rolu satışın təşkil edilməsinə Mağaza menecerinə dəstək göstərməkdir.

Vəzifə öhdəlikləri:

  • Müəyyən edilmiş prosedurlara uyğun olaraq malların anbardan mağazaya əvəzetməsinə dəstək verir.

  • Mağaza daxilində hər hansı bir problemi dərhal müəyyən etmək və həll etmək üçün «check list»-ə qeyd edir.

  • Təyin olunmuş sahələrdə işçilərin işini təşkil və onlara nəzarət edir.

  • İşçilərin iş qrafikləri və davamiyyətinə nəzarət edir.

  • İşçilərin xarici görünüşünün, o cümlədən uniforma, saç düzümü, makiyaj və gigiyenasının tələb olunan standartlara uyğun olmasını təmin edir.

  • Mağazanın satış hədəflərinə nail olmsı üçün komanda ilə əməkdaşlıq edir.

  • Mağazada malların qəbulu prosesində iştirak edir.

  • Mağazada təmizlik işlərinə nəzarət və idarə edir.

  • İşçilərin müəyyən edilmiş qaydalara uyğun olaraq mağazaya giriş və çıxış  prosedurlarına əməl etmələrini təmin edir.

Professional biliklər:

  • Satışın təşkili

  • MS Office Proqramları

Təhsil:

  • Orta təhsil (Ali təhsil üstünlükdür)

İş təcrübəsi:

  • Pərakəndə satış sahəsində ən az 2 il iş təcrübəsi

Professional bacarıq və səriştələr:

  • İdarəetmə bacarıqları

  • Nəticəyönümlülük

  • Təşkilatçılıq

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza menecerinin köməkçisi” qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Sinteks Group of Companies

Sinteks Group of Companies

Retail

Sinteks Group of Companies 1996-cı ildə təsis edilmiş və Qafqazla Mərkəzi Asiya regionunda ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biri hesab olunur. Şirkət 300-dən artıq moda, zərgərlik, kosmetika və ev əşyaları brendini idarə edir, həmçinin 10-dan çox kafeteriya filialı ilə fəaliyyət göstərir. Portfelində Alexander McQueen, Armani Exchange, Balenciaga, Gucci, Ralph Lauren, New Yorker, Mango, Next kimi dünya şöhrətli markalar yer alır və şirkət EMPORIUM, SCOOP, BISQUE və ALBATROS kimi özəl konsept mağazaları da yaradıcısıdır. Sinteks pərakəndə satışla yanaşı qida və içki sektorunda da aktivdir — Gloria Jean’s Coffee Shops və Emporium Café kimi məkanlar vasitəsilə müştərilərə xidmət göstərir. 2020-ci ildən etibarən Hom*me brendi ilə ev əşyaları, aksesuarlar və dekorasiya sahəsində də genişlənmişdir. Şirkətin baş ofisi Bakı şəhərində yerləşir və o, regionda moda və lüks pərakəndə satış sahəsində lider mövqeyini qoruyur.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11786

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Marketinq Administratoru

Tam Ştat

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik. Vəzifənin rolu: Marketinq Administratoru Marketinq Departamenti üzrə əsas inzibati və əməliyyat dəstəyini təmin edir, Maliyyə, Hüquq və Hesablaşma komandaları ilə sıx əməkdaşlıq edir. Bu vəzifəyə müqavilələrin hazırlanması, ödəniş proseslərinin koordinasiyası, uyğunluq (compliance) məlumatlarının daxil edilməsi və təchizatçılarla kommunikasiya daxildir. Administrator həmçinin mağaza daxilində keçirilən tədbir və aktivasiyaların icrasında da birbaşa dəstək göstərir və bu işi Aktivasiyalar və Tərəfdaşlıqlar üzrə Rəhbərin nəzarəti altında həyata keçirir. Bu vəzifə əvvəlcədən marketinq təcrübəsi tələb etmir, lakin yüksək təşkilatçılıq, dəqiqlik və ünsiyyət bacarıqları vacibdir. Vəzifə öhdəlikləri: İdarə və Uyğunluq Əlaqələndirilməsi: Marketinq ödənişlərinin və müqavilə təsdiqlərinin vaxtında həyata keçirilməsini təmin etmək məqsədilə Maliyyə və Hüquq şöbələri ilə əlaqə saxlamaq; Təchizatçılar, xidmət təminatçıları və tədbir tərəfdaşları ilə müqavilələri hazırlamaq, təşkil etmək və izləmək; Şirkətin ERP sistemində uyğunluq və təchizatçı məlumatlarını daxil etmək və yeniləmək. Təchizatçı və Proses İdarəçiliyi: Ümumi təchizatçılar və xidmət təminatçıları üçün əsas əlaqələndirici şəxs kimi çıxış etmək, sənədləri və sorğuları idarə etmək; Brend rəhbərləri və ya yuxarı səviyyəli komanda üzvlərinin təlimatları ilə tenderlər keçirmək və təkliflər toplamaq; Bütün alışlar, təsdiqlər və müqavilə razılaşmaları üzrə sənədləşmənin düzgün aparılmasını təmin etmək. Tədbir və Aktivasiyalara Dəstək: Analitik və Tərəfdaşlıqlar üzrə Rəhbərə tədbirlərin və brend aktivasiyalarının quraşdırılması, logistika və təchizatçı əlaqələndirilməsində yardım göstərmək; Mağaza daxilində və mağaza xaricində keçirilən aktivasiyalar zamanı materialların hazırlanması və sahə üzrə əməliyyat vəzifələrinin icrası; Tədbir sonrası sənədlərin, qəbzlərin və təchizatçı geribildirimlərinin toplanaraq hesabat üçün təqdim edilməsi. Təhsil: Biznesin İdarə Edilməsi, Marketinq, Kommunikasiya və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi üstünlükdür, lakin tələb olunmur; İnzibati və ya layihə koordinasiyası sahəsində təcrübəsi olan namizədlərə də açıqdır. İş təcrübəsi: Rəsmi marketinq təcrübəsi tələb olunmur; inzibati, koordinasiya və ya back-office sahəsində təcrübə üstünlük sayılır; ERP sistemləri, təchizatçı idarəçiliyi və ya korporativ sənədləşmə prosesləri ilə tanışlıq üstünlükdür; Marketinq sahəsində staj və ya part-time iş təcrübəsi müsbət qarşılanır. Professional Bacarıq və Kompetensiyalar: Yüksək təşkilatçılıq, çoxşaxəli işlərə nəzarət və detallara diqqət; Microsoft Office proqramları ilə sərbəst işləmək və marketinq alətləri ilə tanışlıq (məs., sosial media platformaları, e-mail marketinq, analitik və dizayn alətləri); Departamentlərarası aydın kommunikasiya və peşəkar koordinasiya bacarığı; Ödənişlər, müqavilələr və təchizatçı idarəçiliyinə dair inzibati proseslər haqqında əsas anlayış; Komanda yönümlü yanaşma və sahədə aktivasiyalar və zamanlı layihələrdə işləməyə hazırlıq. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində **“Marketinq Administratoru”**qeyd edərək göstərilənelektron poçt ünvanına göndərə bilərlər.