Tam Ştat

Menecer

800 AZN-dən

Yerləşdirilib 30 mart 2026

Son Tarix: 11 aprel 2026

Təsvir

BİZ SADƏCƏ MAĞAZA MENECERİ AXTARIŞINDA DEYİLİK...

Biz bilirik ki, insanlara xidmət və rəhbərlik etmək heç də sadə iş deyil. Biz, dəbli zövqə malik, xidmət edərkən müştərilər ilə ünsiyyətdən məmnunluq alan, özündən sonra davamçılar yetişdirə biləcək və lider olacaq dəyərli əməkdaş axtarışındayıq. Axtarışın əsas səbəbi şəbəkəmizin günü gündən böyüməsi və yeni filialların açılışıdır.

Prime Accessories – yeniliklərə açıq və karyera inkişafını əsas tutan innovativ, dinamik bir şirkətdir.

Hansı işləri görəcəksiniz:

  • Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;

  • Komandanın satış qabiliyyətinin yaxşılaşdırılması üçün onların motivasiya edilməsi;

  • Mağaza heyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;

  • Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;

  • Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin təklifi və tətbiqi;

  • Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;

Hansı super gücləriniz olmalıdır:

  • Texniki bacarıqlar: Ali təhsil, satış sahəsində iş təcrübəsi (minimum 2 il rəhbər olaraq) və kompüter istifadəsi ( Ofis proqramları, 1C)

  • Dil bilgiləri: Azərbaycan və rus dili sərbəst, İngilis dili üstünlük təşkil edir

  • Komanda ruhu: Özündən sonra davamçılar yetişdirir, rəhbərlik etdiyi satış məsləhətçilərinin potensialını ortaya çıxarır

  • Empatiya: Siz insanları hiss edir və onların ehtiyaclarını və arzularını anlayırsınız.

  • Kreativlik: Siz standart olmayan həllər və yanaşmalar tapırsınız.

  • Liderlik: Siz komandaya pozitiv və uğura can atmaqla enerji verirsiniz.

Biz sizə nələr təklif edirik:

  • 6 günlük növbəli qrafikdə iş rejimi;

  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;

  • Partnyor olduğumuz məkanların xidmətlərindən və məhsullarından endirimlə yararlanmaq imkanı;

  • Şirkət daxili təlim və inkişaf imkanları;

  • Karyera yüksəlişi imkanı;

  • Satış sahəsində nailiyyətlərə görə bonuslar.

  • Fix 800 Azn və faizdən ibarət əmək haqqı (Aylıq ortalama gəlir: 1000 – 2000 Azn)

Bizim komandaya necə qoşula bilərsiniz:

Əgər siz də öz potensialınıza güvənir, satış sahəsində karyerə qurub inkişaf etmək istəyirsinizsə və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Mağaza rəhbəri” başlığı ilə göstərilən e-mail ünvanına göndərə bilərsiniz.

Necə Müraciət Etmək Olar

Prime Accessories Mağazalar Şəbəkəsi

Prime Accessories Mağazalar Şəbəkəsi

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12140

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya

Brend menecer

Tam Ştat

BİZ SADƏCƏ SATIŞ ÜZRƏ BREND MENECER AXTARIŞINDA DEYİLİK... Biz brendi yalnız idarə edən deyil, onu hiss edən, inkişaf etdirən və bazarda fərqləndirən bir lider axtarırıq. Prime Accessories – yeniliklərə açıq, müştəri təcrübəsini və brend dəyərini ön planda tutan dinamik retail şirkətidir. Bizim üçün brend sadəcə məhsul deyil, müştərinin yaşadığı hissdir. Bu hissi formalaşdıracaq, brend strategiyasını gücləndirəcək və komandaya istiqamət verəcək dəyərli əməkdaş axtarırıq. Hansı işləri görəcəksiniz: Pərakəndə mağazalar qarşısında qoyulan hədəf və aylıq satış planlarının həyata keçirilməsinə dəstək olmaq; Məsul olduğu bütün məhsulları tanımaq, onların qiymətini, özəllik və texniki parametrlərini bilmək; Məhsullar haqqında treninqlər keçirtmək, məhsulun texniki tərəfləri və satış standartı haqqında məlumat vermək; Brend strategiyasının hazırlanması və həyata keçirilməsi; Brendin bazarda mövqeyinin gücləndirilməsi üçün marketinq və kommunikasiya planlarının hazırlanması; Məhsul alışı zamanı malları vaxtında sifariş vermək; Mal çeşidləri üzrə maksimal və minimal qalıqları təyin etmək; Mağazaların aylıq satış planlarının qoyulmasında iştirak etmək, qoyulan aylıq planların yerinə yetirilməsini təqib etmək; Satış və marketinq komandaları ilə birlikdə brendin satış performansına təsir edən layihələrin həyata keçirilməsi; Bazar, rəqiblər və müştəri davranışlarının təhlil edilməsi; Yeni məhsulların və kolleksiyaların bazara təqdim olunması prosesində iştirak; Aylıq və rüblük hesabatların hazırlanması. Namizəddən tələblər: Ali təhsil (Marketinq, Biznes idarəçiliyi və ya əlaqəli sahələr üzrə); Marketinq və ya brend idarəçiliyi sahəsində minimum 3 il iş təcrübəsi; Retail və ya FMCG sektorunda təcrübə üstünlükdür; Brend strategiyası və kampaniya idarəetməsi üzrə biliklər; Analitik düşünmə və bazar analiz bacarığı; Kreativ düşüncə və güclü təqdimat bacarığı; MS Office proqramlarını yaxşı səviyyədə bilmək ( xüsusilə Excel ); Rus və İngilis dili bilikləri; Komanda ilə işləmə və layihələri idarə etmə bacarığı. Filial səfərlərinə hazır olmaq; Biz sizə nələr təklif edirik: Əmək haqqı: müsahibə əsasında müəyyən olunur; 5 günlük iş qarfiki; Şirkət məhsullarını endirimlə əldə etmək imkanı; Şirkət daxili təlim və inkişaf imkanları; Karyera yüksəlişi imkanı. Bizim komandaya necə qoşula bilərsiniz: Əgər siz də öz potensialınıza güvənir və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Brend menecer” başlığı ilə göstərilən e-mail ünvanına göndərə bilərsiniz.