Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 12 mart 2026

Son Tarix: 11 aprel 2026

Təsvir

BİZ SADƏCƏ SATIŞ ÜZRƏ BREND MENECER AXTARIŞINDA DEYİLİK...

Biz brendi yalnız idarə edən deyil, onu hiss edən, inkişaf etdirən və bazarda fərqləndirən bir lider axtarırıq.

Prime Accessories – yeniliklərə açıq, müştəri təcrübəsini və brend dəyərini ön planda tutan dinamik retail şirkətidir. Bizim üçün brend sadəcə məhsul deyil, müştərinin yaşadığı hissdir. Bu hissi formalaşdıracaq, brend strategiyasını gücləndirəcək və komandaya istiqamət verəcək dəyərli əməkdaş axtarırıq.

Hansı işləri görəcəksiniz:

  • Pərakəndə mağazalar qarşısında qoyulan hədəf və aylıq satış planlarının həyata keçirilməsinə dəstək olmaq;

  • Məsul olduğu bütün məhsulları tanımaq, onların qiymətini, özəllik və texniki parametrlərini bilmək;

  • Məhsullar haqqında treninqlər keçirtmək, məhsulun texniki tərəfləri və satış standartı haqqında məlumat vermək;

  • Brend strategiyasının hazırlanması və həyata keçirilməsi;

  • Brendin bazarda mövqeyinin gücləndirilməsi üçün marketinq və kommunikasiya planlarının hazırlanması;

  • Məhsul alışı zamanı malları vaxtında sifariş vermək;

  • Mal çeşidləri üzrə maksimal və minimal qalıqları təyin etmək;

  • Mağazaların aylıq satış planlarının qoyulmasında iştirak etmək, qoyulan aylıq planların yerinə yetirilməsini təqib etmək;

  • Satış və marketinq komandaları ilə birlikdə brendin satış performansına təsir edən layihələrin həyata keçirilməsi;

  • Bazar, rəqiblər və müştəri davranışlarının təhlil edilməsi;

  • Yeni məhsulların və kolleksiyaların bazara təqdim olunması prosesində iştirak;

  • Aylıq və rüblük hesabatların hazırlanması.

Namizəddən tələblər:

  • Ali təhsil (Marketinq, Biznes idarəçiliyi və ya əlaqəli sahələr üzrə);

  • Marketinq və ya brend idarəçiliyi sahəsində minimum 3 il iş təcrübəsi;

  • Retail və ya FMCG sektorunda təcrübə üstünlükdür;

  • Brend strategiyası və kampaniya idarəetməsi üzrə biliklər;

  • Analitik düşünmə və bazar analiz bacarığı;

  • Kreativ düşüncə və güclü təqdimat bacarığı;

  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək ( xüsusilə Excel );

  • Rus və İngilis dili bilikləri;

  • Komanda ilə işləmə və layihələri idarə etmə bacarığı.

  • Filial səfərlərinə hazır olmaq;

Biz sizə nələr təklif edirik:

  • Əmək haqqı: müsahibə əsasında müəyyən olunur;

  • 5 günlük iş qarfiki;

  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;

  • Şirkət daxili təlim və inkişaf imkanları;

  • Karyera yüksəlişi imkanı.

Bizim komandaya necə qoşula bilərsiniz:

Əgər siz də öz potensialınıza güvənir və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Brend menecer” başlığı ilə göstərilən e-mail ünvanına göndərə bilərsiniz.

Necə Müraciət Etmək Olar

Prime Accessories Mağazalar Şəbəkəsi

Prime Accessories Mağazalar Şəbəkəsi

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10953

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya

Müştərilərlə əlaqələr üzrə mütəxəssis

Tam Ştat

25 ildən artıq fəaliyyət göstərən şirkətimizin daha da böyüməsi, karyera yüksəlişləri və yeni komanda yoldaşlarına ehtiyac yaranması səbəbilə CRM şöbəmizə yeni komanda üzvü axtarışındayıq, bizimlə birgə sizlər də dəyər yaratmaq istəyirsinizsə vakansiyaya müraciət edərək siz də Prime ailəsinin bir üzvü ola bilərsiniz! Prime Accessories – yeniliklərə açıq və karyera inkişafını əsas tutan innovativ, dinamik bir şirkətdir. Hansı işləri görəcəksiniz: Müştəri kateqoriyalarının yaradılması, onlara uyğun olaraq bonus, kampaniya və xüsusi şərtlərin təklif edilməsi; Müştərilərin ad günlərində zənglərin edilməsi, kampaniya və endirim barəsində məlumat verilməsi; Müştəri məmnuniyyətinin ölçülməsi, statistik məlumat bazasının toplanılması, onların təhlili və seqmentasiyası istiqamətində mütəmadi işlərin aparılması; Müxtəlif parametrlər üzrə müştəri bazasının təhlili və seqmentasiyası; Instagram, Facebook və WhatsApp sosial şəbəkəsi üzrə ismarıc və direktlərin cavablandırılması; Hansı bilik və bacarıqlarınız olmalıdır: Komandada işləmə bacarığı; Təşəbbüskar; Ofis proqramları, xüsusilə Excel bilikləri; Sosial şəbəkə istifadəçisi; Orfoqrafik və qrammatik yazı normalarını mükəmməl bilmək və tətbiq etmək; Səlis nitqə sahib olmaq; Rus dili səlis. Biz sizə nələr təklif edirik: 5 günlük iş rejimi; Şirkət məhsullarını endirimlə əldə etmək imkanı; Şirkət daxili təlim və inkişaf imkanları; Karyera yüksəlişi imkanı; Mehriban və gənc komanda yoldaşları; Əmək haqqı: 600 Azn nett Ünvan: Azure Biznes Mərkəzi Bizim komandaya necə qoşula bilərsiniz: Əgər siz də öz potensialınıza güvənir, karyera qurub inkişaf etmək istəyirsinizsə və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Müştərilərlə əlaqələr üzrə mütəxəssis” başlığı ilə qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Satış komandasının inkişafı üzrə təlim meneceri

Tam Ştat

BİZ SADƏCƏ SATIŞ ÜZRƏ TƏLİMÇİ AXTARIŞINDA DEYİLİK... Prime Accessories – sürətlə böyüyən retail şəbəkədir. Məqsədimiz yalnız satış etmək deyil, satış komandalarını sistemli şəkildə inkişaf etdirməkdir. Şəbəkəmizin genişlənməsi ilə əlaqədar satış performansını artıracaq peşəkar Təlim və İnkişaf Meneceri axtarırıq. Bu rolda əsas missiyanız - Satış heyətinin bilik və bacarıqlarını inkişaf etdirərək filialların satış göstəricilərinə real təsir göstərməkdir. Hansı işləri görəcəksiniz: Satış praktikaları ilə bağlı təlimlər hazırlayıb, periodik olaraq heyətə tədris etmək; Filiallara mütəmadi səfərlər və yerində kouçinq; Təlim sonrası satış nəticələrinin izlənməsi və performans analizi aparmaq; Soft skills (etirazların idarə olunması, effektiv ünsiyyət, motivasiya, liderlik və s.) üzrə inkişaf proqramları hazırlamaq; Komandanın təlim ehtiyaclarını təyin edərək, təlimlər təşkil etmək; Yeni əməkdaşların işə qəbul prosesində iştirak etmək; Tədris sonrası həyata keçirilən imtahanların nəticələrinin açıqlanması və qeydiyyatının aparılması; İşçilərin ixtisaslarının və peşəkarlığının artırılması, həmçinin görülən işlərin təqib edilməsi; Motivasiya proqramlarının təşkil edilməsi; Satış artımına yönəlik təklif və inkişaf planlarının hazırlanması; Təlim effektivliyinin ölçülməsi və rəhbərliyə hesabatların təqdim edilməsi. Namizəddən tələblər: Ali Təhsil; Satış sahəsində minimum 5 il real praktiki təcrübə; Minimum 2 il təlimçi və ya kouçinq təcrübəsi; Retail sektor təcrübəsi üstünlükdür; Satış göstəriciləri ilə işləmə və analitik düşüncə bacarığı; Filial səfərlərinə hazır olmaq; Rus və İngilis dili bilikləri; Güclü təqdimat və komanda idarə etmə bacarığı. Biz sizə nələr təklif edirik: Əmək haqqı: nett 1500 Azn + KPİ uyğun bonus 5 günlük iş qarfiki; Şirkət məhsullarını endirimlə əldə etmək imkanı; Şirkət daxili təlim və inkişaf imkanları; Karyera yüksəlişi imkanı. Bizim komandaya necə qoşula bilərsiniz: Əgər siz də öz potensialınıza güvənir və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Satış komandasının inkişafı üzrə təlim meneceri ” başlığı ilə  qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.