Mağaza anbar işçisi (Fəhlə)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 mart 2026
Son Tarix: 17 mart 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Mağazaya daxil olan məhsulların avtomobillərdən boşaldılması və yerləşdirilməsi;
Anbar və mağazada məhsulların səliqə və qaydasına nəzarət edilməsi;
Təhlükəsizlik qaydalarına riayət olunması;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi..
İş şəraiti:
Əmək haqqı: 650-700 AZN
İş qrafiki: Növbəli qrafik 6 gün, 1 istirahət günü.
Tələblər
Məsuliyyətli və dəqiq olmaq;
Punktual və işində ciddi yanaşma göstərmək;
Komandada işləmə bacarığına malik olmaq.
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#10558
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+