Ana Səhifə
Vakansiyalar

Rəqəmsal məhsulların topdan satışı üzrə mütəxəssis

Rəqəmsal məhsulların topdan satışı üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 mart 2026

Son Tarix: 4 aprel 2026

Təsvir

  • Verilmiş müştəri bazası ilə mütəmadi əlaqənin saxlanılması;

  • Günlük təyin olunmuş marşrut üzrə hərəkət edilməsi;

  • Satış matrisasının hazırlanması;

  • Tapşırığa uyğun olaraq müştərilərdən ödənişlərin alınması;

  • Qaimə-fakturaların tərtib edilməsi;

  • Müştərilərin yeni kampaniyalar haqqında məlumatlandırılması;

  • Anbar qalığına nəzarət edilməsi.

İş şəraiti:

  • İş günləri: Həftə içi 5 gün;

  • İş saatları: 09:00 – 18:00.

Tələblər

  • Ali təhsil (üstünlükdür);

  • Satış sahəsi üzrə minimum 1 il iş təcrübəsi (arzuolunandır);

  • Azərbaycan dili – səlis, rus dili – üstünlükdür, ingilis dili – arzuolunandır;

  • MS Office proqramları ilə işləmək bacarığı;

  • Analitik düşünmə və düzgün qərarvermə bacarığı;

  • Müştəriyönümlülük və güclü ünsiyyət bacarığı.

Vakansiya haqqında:

  • Vakansiya növü Tam ştat

  • Təcrübə 1-2 il

  • Vəzifə dərəcəsi Gənc mütəxəssis

  • Təhsil Bakalavr

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

Kontakt Home

Kontakt Home

Retail

Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10562

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya