Ana Səhifə
Vakansiyalar
Nəqliyyat və Logistika
Nəqliyyat/logistika koordinatoru

Logistika və daşınmaların təşkili şöbəsinin böyük mütəxəssisi (bəyannaməçi)

Logistika və daşınmaların təşkili şöbəsinin böyük mütəxəssisi (bəyannaməçi)

Tam Ştat

Orta Səviyyə

1.300 AZN-dən

Yerləşdirilib 23 aprel 2026

Son Tarix: 20 may 2026

Təsvir

  • Gömrük nəzarəti üçün tələb edilən sənədlərin yoxlanılması (İnvoys, CMR, Mənşə sertifikatı, Fitosanitar sertifikatı və s.);

  • Qısa idxal, idxal və ixrac bəyannamələrinin tərtib edilməsi və gömrük rəsmiləşdirilməsini təmin etmək (xüsusi gömrük proseduru altında rəsmiləşdirmə daxil olmaqla);

  • İxrac olunan mallar haqqında ətraflı şəkildə rəhbərliyə təqdim edilməsi üçün əvvəlcədən müəyyən edilmiş formada hesabat verilməsi (Excel variantda);

  • Müqavilə və əlavələrin gömrük portalında qeydiyyata alınması (PİN kod).

Tələblər

  • Ali təhsil;

  • Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş təcrübəsi;

  • Müvafiq qanunvericilik aktları və normalarını bilmək;

  • Microsoft Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;

  • Gömrük qanunvericiliyi üzrə texniki biliklərin olması;

  • Elektron hökumət portalından istifadə (GVAİS) bacarığı;

  • Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XIF MN) üzrə biliklər;

  • Punktuallıq və detallara diqqət etmə bacarığı;

  • Rus və ingilis dillərini bilməsi arzu olunandır.

Necə Müraciət Etmək Olar

Azərpambıq ASK MMC

Azərpambıq ASK MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14386

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

İnsan Resursları üzrə aparıcı mütəxəssis (Data analitik)

Tam Ştat

Excel-də qabaqcıl analiz və avtomatlaşdırma (pivot cədvəllər, makro, mürəkkəb formullar) vasitəsilə hesabat proseslərinin optimallaşdırılması; Şöbələr üzrə rüblük iş yükü analizinin aparılması və nəticələrin rəhbərliyə təqdim edilməsi; Gündəlik, həftəlik, aylıq, rüblük və illik HR hesabatlarının hazırlanması və təhlili; Ştat cədvəlləri ilə faktiki işçi sayının müqayisəsi, müvafiq hesabatların hazırlanması və yoxlamaların aparılması; İşçilərin iş vaxtının uçotunu əks etdirən tabel cədvəllərinin müntəzəm hazırlanması və aparılması; İnsan resursları ilə bağlı bütün növ məlumat və hesabatların təhlil edilməsi; Cəmiyyətin işçilərinin işə davamiyyətinin izlənməsi, qeydiyyatı və əlaqəli struktur rəhbərliyə davamiyyət hesabatlarının hazırlanması; İşçilərin məzuniyyət hüququnun hesablanması, istifadə edilmiş və qalıq məzuniyyət günlərinin izlənməsi və nəzarətin həyata keçirilməsi; Məzuniyyət cədvəllərinin hazırlanması, şöbələr üzrə məzuniyyət planlaşdırmasının koordinasiyası və pozuntuların rəhbərliyə çatdırılması; Məlumat və hesabatlardakı boşluqların, uyğunsuzluqların aşkarlanması, düzəlişlərin tətbiqi və çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin verilməsi; İnsan resursları şöbəsinin bütün kadr əməliyyatları üzrə hesabatlarının hazırlanması; Rəhbərlik qərarlarının məlumat əsaslı (data-driven) şəkildə dəstəklənməsi məqsədilə analitik hesabat və təqdimatların hazırlanması; Mövcud daxili HR məlumatlarının xarici statistik göstəricilər və sənaye meyarları ilə müqayisəli analizinin aparılması.

Tərtər PİTM filialında SƏTƏM üzrə mühəndis

Tam Ştat

İstehsalatda əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsi; İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək; Əməyin mühafizəsi üzrə qanunvericiliyin və qaydaların yenilikləri barədə işçi heyətini tanış etmək və onlara əməl edilməsinə nəzarət etmək; Sahədə görülən işlərin xüsusiyyətlərini başa düşmək və müştəri, əsas podratçının daxili tələblərini bilmək; İş yerində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək; Mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmaq; Baş vermiş bədbəxt hadisələrin təhqiqatını aparmaq, hadisəni törədən səbəbləri müəyyən etmək, hadisələrin bir daha baş verməməsi üçün tədbirlər planının hazırlanmasında iştirak etmək və müəyyən edilmiş səbəblərin aradan qaldırılmasına və tədbirlər planının həyata keçirilməsinə nəzarət etmək; İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmaq və lazımi ölçülər götürmək; İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq; İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək; SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq; İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək; Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq, və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək; SƏTƏM üzrə illik fəaliyyət planlarının işlənib hazırlanması və həyata keçirilməsi; SƏTƏM üzrə daxili və xarici auditlərin təşkili və həyata keçirilməsi; SƏTƏM üzrə qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi; Xəsarət və hadisələr baş verdiyi təqdirdə onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi; Yeni işə qəbul edilən əməkdaşlara və Mərkəz ərazisinə daxil olan qonaqlara Giriş təlimatının keçirilməsi;