İnsan Resursları üzrə aparıcı mütəxəssis (Data analitik)
Tam Ştat
Yüksək Səviyyə
1.000 AZN-dən
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 22 may 2026
Təsvir
Excel-də qabaqcıl analiz və avtomatlaşdırma (pivot cədvəllər, makro, mürəkkəb formullar) vasitəsilə hesabat proseslərinin optimallaşdırılması;
Şöbələr üzrə rüblük iş yükü analizinin aparılması və nəticələrin rəhbərliyə təqdim edilməsi;
Gündəlik, həftəlik, aylıq, rüblük və illik HR hesabatlarının hazırlanması və təhlili;
Ştat cədvəlləri ilə faktiki işçi sayının müqayisəsi, müvafiq hesabatların hazırlanması və yoxlamaların aparılması;
İşçilərin iş vaxtının uçotunu əks etdirən tabel cədvəllərinin müntəzəm hazırlanması və aparılması;
İnsan resursları ilə bağlı bütün növ məlumat və hesabatların təhlil edilməsi;
Cəmiyyətin işçilərinin işə davamiyyətinin izlənməsi, qeydiyyatı və əlaqəli struktur rəhbərliyə davamiyyət hesabatlarının hazırlanması;
İşçilərin məzuniyyət hüququnun hesablanması, istifadə edilmiş və qalıq məzuniyyət günlərinin izlənməsi və nəzarətin həyata keçirilməsi;
Məzuniyyət cədvəllərinin hazırlanması, şöbələr üzrə məzuniyyət planlaşdırmasının koordinasiyası və pozuntuların rəhbərliyə çatdırılması;
Məlumat və hesabatlardakı boşluqların, uyğunsuzluqların aşkarlanması, düzəlişlərin tətbiqi və çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin verilməsi;
İnsan resursları şöbəsinin bütün kadr əməliyyatları üzrə hesabatlarının hazırlanması;
Rəhbərlik qərarlarının məlumat əsaslı (data-driven) şəkildə dəstəklənməsi məqsədilə analitik hesabat və təqdimatların hazırlanması;
Mövcud daxili HR məlumatlarının xarici statistik göstəricilər və sənaye meyarları ilə müqayisəli analizinin aparılması.
Tələblər
Yalnız bəy namizədlər
Ali təhsil ( Biznesin idarə edilməsi, iqtisadiyyat və ya riyaziyyat sahəsi üzrə);
İş təcrübəsi Müvafiq sahə üzrə 2 ildən az olmayaraq əmək stajı (İR data analitikasında təcrübəyə malik);
Yüksək səviyyədə MS Office bilikləri (Excel səlis səviyyədə);
Süni intellekt (Aİ tools) və digər qabaqcıl sistemlərdən istifadə etmə;
1C 8.3 ERP proqram təminatında işləmək;
ƏMAS və İSB portallarında işləmək;
Əmək qanunvericiliyi üzrə nəzəri biliklər;
Analitik düşünmə bacarığı;
Komandada işləmə bacarığı;
Planlaşdırma və problem həll etmə bacarığı;
Yaş: 25-35 (ezamiyyətlərə açıq kişi namizədlərə üstünlük verilir);
İş rejimi: 5 gün
Həftədə 40 saat
İstirahət günləri: şənbə və bazar
Necə Müraciət Etmək Olar
Azərpambıq ASK MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14385
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə