Logistika üzrə Satış rəhbəri
Tam Ştat
Orta Səviyyə
1.500 AZN-dən
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 18 mart 2026
Təsvir
Vəzifənin Məqsədi:
Logistika əməliyyatları üzrə yeni yerli və xarici potensial koorporativ müştərilərin cəlb edilməsi, satış həcminin artırılması, şirkətin təmsili.
Əsas Vəzifə və Məsuliyyətlər:
Yeni potensial müştərilərin axtarışı, cəlb edilməsi;
Qarşıya qoyulmuş satış hədəflərinə çatmaq üçün mütəmadi olaraq satış komandasının nəticələrinin təhlil edilməsi, onlarla gündəlik yoxlamaların keçirilməsi və gələcək üçün satış proqnozlarının verilməsi;
Müştərilərlə görüşlər təyin etmək və görüş zamanı təqdimatlar keçirmək;
Müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;
Satış prosesinin planlaşdırılması və təşkil edilməsi;
Müştəridən daxil olan sorğuların və sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili;
Təkliflərin müştərilərə təqdim edilməsi və izlənilməsi.
Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;
Müştəri münasibətlərinin idarəsi – uzunmüddətli tərəfdaşlıq qurmaq, məmnuniyyəti və satış sonrası əlaqəni qorumaq
Rəqiblər və bazar tendensiyaları barədə məlumat toplamaq və analiz aparmaq, satış strategiyalarını təkmilləşdirmək.
Müştəri məmnuniyyətinin artırılması üçün əlavə xidmətlərin və kampaniyaların hazırlanmasında iştirak etmək və ya təkliflər hazırlamaq;
Mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq satış sənədlərinin hazırlanması;
Ödənişlərin vaxtında icrası üçün müştərilərlə danışıqların aparılması.
Gündəmi izləmək, analiz etmək və yüksək qiymət araşdırması aparmaq qabiliyyəti;
Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq hesabatların verilməsi;
Şirkətə aid məlumatın məxfiliyinin qorunması;
Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin icra edilməsi.
Tələblər
Ali təhsil (Logistika, Biznesin idarə edilməsi və ya əlaqəli sahələrə üstünlük verilir);
Yaş: 25-40
Korporativ satış üzrə minimum 5 illik satış təcrübəsi.( Beynəlxalq logistika və gömrük prosedurları üzrə satışa üstünlük verilir)
Rus və Ingilis dil bilikləri arzuolunandı
Müştəri portfeli formalaşdırmaq təcrübəsi.
Yerli bazar dinamikasını, rəqib mühitini və qiymət tendensiyalarını təhlil etmək bacarığı.
Satış planlarını hazırlamaq, icra etmək, həftəlik ,aylıq hesabatlar təqdim etmək bacarığı.
Müştəri ehtiyaclarını analiz etmək və fərdi təkliflər hazırlamaq təcrübəsi.
Danışıqlar aparmaq, müqavilə şərtlərini razılaşdırmaq və bağlamaq bacarığı.
Kompyuter bilikləri Microsoft Office (Excel,Word, Outlook və s);
Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmaq və təqdimat etmə bacarıqları
Planlama və prioritetləşdirmə – çoxsaylı layihə və hədəfləri effektiv idarə etmək
Stressə davamlılıq və operativlik – fövqəladə şəraitdə çevik və düzgün qərar vermək
İş şəraiti:
Əmək məcəlləsinə uyğun sənədləşmə
İş qrafiki: Həftədə 5 gün, saat 09:00-18:00, nahar fasiləsi 1 saat
Əmək haqqı: 1500 – 2500 manat
Maraqlanan namizədlər öz CV-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
MG Transport
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9344
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə