Logistika üzrə Satış rəhbəri
Vəzifənin Məqsədi:
Logistika əməliyyatları üzrə yeni yerli və xarici potensial koorporativ müştərilərin cəlb edilməsi, satış həcminin artırılması, şirkətin təmsili.
Əsas Vəzifə və Məsuliyyətlər:
Yeni potensial müştərilərin axtarışı, cəlb edilməsi;
Qarşıya qoyulmuş satış hədəflərinə çatmaq üçün mütəmadi olaraq satış komandasının nəticələrinin təhlil edilməsi, onlarla gündəlik yoxlamaların keçirilməsi və gələcək üçün satış proqnozlarının verilməsi;
Müştərilərlə görüşlər təyin etmək və görüş zamanı təqdimatlar keçirmək;
Müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;
Satış prosesinin planlaşdırılması və təşkil edilməsi;
Müştəridən daxil olan sorğuların və sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili;
Təkliflərin müştərilərə təqdim edilməsi və izlənilməsi.
Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;
Müştəri münasibətlərinin idarəsi – uzunmüddətli tərəfdaşlıq qurmaq, məmnuniyyəti və satış sonrası əlaqəni qorumaq
Rəqiblər və bazar tendensiyaları barədə məlumat toplamaq və analiz aparmaq, satış strategiyalarını təkmilləşdirmək.
Müştəri məmnuniyyətinin artırılması üçün əlavə xidmətlərin və kampaniyaların hazırlanmasında iştirak etmək və ya təkliflər hazırlamaq;
Mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq satış sənədlərinin hazırlanması;
Ödənişlərin vaxtında icrası üçün müştərilərlə danışıqların aparılması.
Gündəmi izləmək, analiz etmək və yüksək qiymət araşdırması aparmaq qabiliyyəti;
Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq hesabatların verilməsi;
Şirkətə aid məlumatın məxfiliyinin qorunması;
Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin icra edilməsi.