Logistika üzrə mütəxəssis (Balakən)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 8 iyun 2026
Təsvir
"Azər Yem MMC" olaraq komandamıza sahə əməliyyatlarının kəsintisizliyini təmin edəcək, nəqliyyat və xüsusi texnika parkının effektiv koordinasiyasını idarə edəcək və daşınma planlarımızı maksimum səmərəliliklə reallaşdıracaq dinamik Logistika üzrə Mütəxəssis axtarırıq. Bu rol, sahədəki yükləmə-boşaltma proseslərinin operativ təşkilindən tutmuş, podratçıların fəaliyyətinə nəzarət və risklərin/boşdayanmaların minimuma endirilməsinə qədər geniş bir spektri əhatə edir.
Tələblər
Əsas Vəzifə Öhdəlikləri:
Nəqliyyatın Koordinasiyası: Sahədə yük avtomobillərinin və xüsusi texnikanın hərəkət qrafikini idarə etmək, daşınma planlarının vaxtında və tam icrasını təmin etmək.
Əməliyyatların Təşkili: Yükləmə və boşaltma proseslərini operativ planlaşdırmaq, nəqliyyat vasitələrini sahəyə vaxtında cəlb etmək və düzgün yönləndirmək.
Effektivlik və Problemlərin Həlli: Logistik proseslərdə yarana biləcek dayanma və gecikmələri (boşdayanmaları) minimuma endirmək, sahədəki operativ problemləri dərhal həll etmək.
Podratçıların İdarə Edilməsi: Podratçı texnikaların fəaliyyətinə birbaşa nəzarət etmək; iş həcmlərinin (reys sayı, tonnaj, iş saatları) dəqiq qeydiyyatını aparmaq.
Sənədləşmə və Kommunikasiya: Sahədə yerinə yetirilmiş işlərin ilkin sənədləşdirilməsini (qaimələr, aktlar və s.) təmin etmək və mərkəzi ofis komandası ilə davamlı, operativ məlumat mübadiləsi qurmaq.
Təhsil və Təcrübə:
Ali təhsil (Logistika, Nəqliyyatın idarə edilməsi, Kənd təsərrüfatı və ya əlaqəli sahələr üzrə).
Logistika, nəqliyyatın koordinasiyası və ya aqrar (kənd təsərrüfatı) sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
B kateqoriyalı sürücülük vəsiqəsinin olması.
Texniki və Şəxsi Səriştələr:
MS Excel proqramında ilkin hesabatlılıq və cədvəllərlə işləmək bacarığı.
Yüksək analitik təfəkkür və sahədə yaranan fors-major situasiyalarda operativ qərarvermə qabiliyyəti.
Güclü ünsiyyət (kommunikasiya), komanda ilə işləmə bacarıqları.
Necə Müraciət Etmək Olar
Agrotrade Supply MMC
Other
AgroTrade Supply (ATS) ölkənin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq əsasında yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təqdim edən şirkətlər qrupudur. Qrupun əsas missiyası dənli və dənli paxlalı bitkilərin istehsal və emalını inkişaf etdirməklə regionlarda məşğulluğu və gəlirləri artırmaq, eyni zamanda Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməkdir. ATS Qrupun strukturuna un dəyirmanı, qüvvəli yem zavodu, soya və günəbaxan emalı zavodu, çörək və qənnadı istehsalı müəssisələri daxildir və qrup 11 min hektar ərazidə kənd təsərrüfatı fəaliyyəti aparır. Müasir istehsal gücləri, geniş xammal bazası və müqaviləli əkinçilik layihələri sayəsində ATS həm məhsul keyfiyyətini, həm də fermerlərin dayanıqlı inkişafını təmin edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16620
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+