Bağban-sahə işləri (ATS Mill)

Yarım Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 17 iyun 2026

Təsvir

Müəssisə ərazisinin səliqəli olması üçün ağaclara və bitkilərə mütəmadi olaraq qulluq.

  • Tinglərin, qələmlərin, ağacların, kolların, gül bitkilərinin əkilməsi

  • Dibin boşaldılması, mineral gübrələrin verilməsi və bitkilərə qulluq edilməsi

  • Bitkilərin tozlandırılması və dezinfeksiya vasitələri ilə çilənməsi

  • Çalaların qazılması və bitkini əkdikdən sonra doldurulması

  • Əkilənlərin dibinin boşaldılması və sulanması.

  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına tam əməl etmək.

Tələblər

  • Fiziki cəhətdən sağlam və dözümlü olmaq

  • Əmək intizamına və məsuliyyətə sahib olmaq

  • Bağçılıq və təmizlik işləri üzrə bacarıq

  • Alətlərlə işləmə bacarığı

  • Komandada işləmə qabiliyyəti

  • Təmizkarlığa və səliqəyə önəm vermək

Necə Müraciət Etmək Olar

Agrotrade Supply MMC

Agrotrade Supply MMC

Other

AgroTrade Supply (ATS) ölkənin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq əsasında yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təqdim edən şirkətlər qrupudur. Qrupun əsas missiyası dənli və dənli paxlalı bitkilərin istehsal və emalını inkişaf etdirməklə regionlarda məşğulluğu və gəlirləri artırmaq, eyni zamanda Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməkdir. ATS Qrupun strukturuna un dəyirmanı, qüvvəli yem zavodu, soya və günəbaxan emalı zavodu, çörək və qənnadı istehsalı müəssisələri daxildir və qrup 11 min hektar ərazidə kənd təsərrüfatı fəaliyyəti aparır. Müasir istehsal gücləri, geniş xammal bazası və müqaviləli əkinçilik layihələri sayəsində ATS həm məhsul keyfiyyətini, həm də fermerlərin dayanıqlı inkişafını təmin edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16617

İş Növü

Yarım Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya