Ana Səhifə
Vakansiyalar

Lizing mütəxəssisi (Salyan – Neftçala regionları üzrə)

Lizing mütəxəssisi (Salyan – Neftçala regionları üzrə)

Tam Ştat

Direktor

Razılaşma yolu ilə

Yerləşdirilib 14 aprel 2026

Son Tarix: 17 aprel 2026

Təsvir

“AZERA Holding” tərkibindəki Sara Lizing MMC-də Lizing mütəxəssisi (Salyan – Neftçala regionları üzrə) vakansiyasını elan edir.

Vəzifə Öhdəlikləri:

  • Daxili qayda və prosedurlara müvafiq olaraq daxil olan lizinq müraciətlərini emal etmək;

  • Müraciətçi ilə görüş təşkil etmək və mövcud biznesin maliyyə təhlilini aparmaq;

  • Müraciətçidən əldə etdiyi məlumatları memorandum formasına işləmək;

  • Komitə üçün tələb olunan sənədlərin foto şəkilini müraciətçidən əldə edib uyğun komitə faylına yerləşdirmək;

  • Uyğun müraciətləri təsdiq üçün komitəyə təqdim edir;

  • Komitədə təsdiq olmuş müraciətləri LRS proqramında işləmək, müqavilələri çap edib Direktorun imzasına təqdim etmək;

  • İmzalanmış sənədləri müştərilərə imzalamaq üçün təqdim etmək; (müştəri ünvanlarına fiziki olaraq getmək mümkün olmadıqda mobil telefon vasitəsi ilə video zəng edib bütün sənədlərə müştəri tərəfindən imza atıldığına əmin olmaq, video zəngi yaddaşda saxlamaq)

  • Verilmiş məhsullar üzrə ödənişlərə nəzarət etmək və gecikdirən müştərilərə dair işi daxili qaydalara uyğun aparmaq;

  • Təkrar müştərilərə və səfərlər etmək və ya telefon vasitəsi ilə  müştər üçün uyğun olan məhsulların təqdim etmək;

  • Şirkət məhsulları təmsil edilən sərgilərdə iştirak etmək;

  • Daxili qaydalara müvafiq olaraq müştərilərin planlı və ya qəfil monitorinqini aparmaq;

  • 12.Struktur rəhbəri tərəfindən verilən tapşırıqları operativ yerinə yetirmək;

Tələblər

  • Cəlb ediləcək namizədlərin şəxsi avtomobili olması vacibdir.

  • Ali təhsil

  • Biznes təhlili mövzusunda təlimlər

  • 3 il BOKT,Lizinq və ya Bankda kredit mütəxəssisi təcrübəsi

  • Azərbaycan dili səlis

  • Müvafiq sahədə min 3 il iş təcrübəsi ( BOKT, lizing və ya bankda )

  • MC Offie proqram biliyi,

  • Komandada işləmək bacarığı;

  • Məsuliyyətlilik və diqqətçillik

  • Cins: Bəy Namizədlər

İş şərtləri:

  • ƏM-nə uyğun rəsmiləşdirilmə

  • Əmək haqqı: 800-1000

  • Ünvan: Salyan-Neftçala

Müraciət üçün: CV-nizi “Lizing mütəxəssisi” və mütləq bölgənin adı qeyd olunmaqla göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Müsahibə mərhələsi bölgələrdə yaşayan namizədlər üçün Zoom proqramı vasitəsi ilə keçiriləcəkdir.

Necə Müraciət Etmək Olar

Azera Holding

Azera Holding

Finance

Azera Holding Azərbaycanda fəaliyyət göstərən, özəl sektorda 20 ilə yaxın təcrübəyə malik şirkətlər qrupudur. Holdinq fəaliyyətində innovativ yanaşmaları önə çəkir və yerli brendlərin həm ölkədaxili inkişafına, həm də MDB və Avropa bazarlarında tanınmasına töhfə verməyi hədəfləyir. Holdinqin tərkibinə müxtəlif sahələri əhatə edən 30-a yaxın şirkət daxildir. Bu istiqamətlərə səhiyyə, kənd təsərrüfatı, iaşə xidmətləri, kosmetologiya, qida və təhlükəsizlik sahələri daxildir. Azera Holding eyni zamanda yeni iş yerlərinin yaradılması və yerli kadr potensialının gücləndirilməsi kimi mövzulara fokuslanır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13557

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Direktor

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya