Layihələrin idarəedilməsi və biznes prosesləri şöbəsinin müdiri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 mart 2026
Son Tarix: 5 aprel 2026
Təsvir
Vəzifə və öhdəliklər
Şöbənin fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericili, tənzimləyici normativ-hüquqi aktlar və şirkətin daxili qayda və prosedurlarına uyğun şəkildə təşkil və idarə etmək;
Fəaliyyət istiqamətinə uyğun olaraq struktur bölmələr, müştərilər, və digər əlaqəli kontragentlərlə kommunikasiya aparmaq;
Fəaliyyətin təşkili zamanı risklərin məqbul çərçivəsinin müəyyən etmək və risk səviyyəsinə davamlı nəzarət etmək;
Cəmiyyətin iştirak etdiyi kənar layihələrin tərəf müqabilləri üzrə koordinasiyasının təşkili;
İcra edilən layihələrə dair mütəmadi və dövrü qiymətləndirmələrin keçirilməsi və onların icra vəziyyəti barədə hesabatların hazırlanaraq müvafiq qaydada təqdim edilməsi;
Cəmiyyətin strateji planın və illik fəaliyyət planın tərtib edilməsi, koordinasiyası və icrasına dair hesabatlılığın təşkili;
Biznes proseslərin yaradılması, qiymətləndirilməsi, standartlaşdırılması, təkmilləşdirilməsi, o cümlədən elektronlaşdırılması/avtomatlaşdırılması işinin təşkili;
Fəaliyyət sahəsinə aid baş verən əhəmiyyətli dəyişiklikləri izləmək və aidiyyəti strukturları məlumatlandırmaq;
Təlimatlara müvafiq olaraq zəruri hesabatlar hazırlamaq və təqdim etmək;
Daxili uçot sisteminə giriş imkanlarının verilməsini təmin etmək və eləcə də həmin sistemə giriş icazəsinə məhdudiyyət qoymaq
Fəaliyyət sahəsinə uyğun olaraq biznes proseslərin yaradılmasında iştirak etmək və onların təkmilləşdirilməsi üzrə təkliflər vermək;
Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedur və qaydalara uyğun həyata keçirmək;
Cəmiyyət tərəfindən Şöbə üçün ayrılmış ofisin və digər mülkiyyətin, habelə bilavasitə ona təhkim edilmiş Cəmiyyətə məxsus mülkiyyətin qorunmasını və lazımi səviyyədə saxlanılmasını təmin etmək;
Şöbənin fəaliyyətin təşkili ilə əlaqədar aidiyyəti şəxslər ilə ortaya çıxa biləcək maraqlar münaqişəsinin aşkarlanması, idarə olunması və qarşısının alınması üçün tədbirlər görmək;
Şöbənin fəaliyyətinin uçotunun elektron formada aparılması və obyektiv mülahizələrə əsasən əhəmiyyətli hesab edilə biləcək məlumatların arxivləşdirilməsi təşkil etmək;
Şöbənin fəaliyyətinə dair təkmilləşdirmələr və optimizasiya üzrə təkliflər vermək;
Şöbənin səlahiyyətlərinə aid olan sorğuların, şikayətlərin, məktubların araşdırılması və cavablandırılmasını təşkil etmək;
Rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Unicapital
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10673
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə