Layihələrin İdarə edilməsi üzrə Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 21 iyun 2026
Təsvir
Sinteks Şirkətlər Qrupu “Layihələrin İdarə edilməsi üzrə Mütəxəssis” axtarır!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu: Bu vəzifənin rolu əlaqələrin qurulmasından işin başa çatmasına qədər, o cümlədən layihənin planlaşdırılması, koordinasiyası və tenderin təşkili, müqavilə üzrə danışıqlar, şərtlərin müzakirəsi, investisiya büdcəsinin hazırlanması, təchizatçılara və s. layihələrin yerinə yetirilməsinə və inşaat işlərinin layihənin dizaynına uyğun keyfiyyətli şəkildə aparılmasını təmin etmək.
Vəzifə öhdəlikləri:
Yeni layihənin icrası, onun detallı şəkildə planlaşdırılması və partyorlardan dizayn proyektin alınmasını təşkil etməlidir;
Dizayn proyekti aldığdan sonra tikinti, mebel və bundan əlavə proyektdə istifadə olunan bütün materiallar üzrə tender prosesini təşkil etməli, materialların alınmasını təmin etməli və investisiya büdcəsini hazırlamalıdır;
Kontraktorlar müəyyən edildikdən sonra onlarla müqavilələri bağlamalı və layihənin dizayn proyektə uyğun olaraq icrasını təmin etməlidir;
Bütün işlər bitdikdən sonra layihəni düzgün şəkildə təhvil verməlidir.
Tələblər
Peşəkar biliklər:
Layihənin idarə olunması və ya Satınalma/Təchizat Zənciri
İngilis dili yüksək səviyyədə
MS Office proqramları
Təhsil:
İqtisadiyyat/Biznesin idarə edilməsi üzrə Ali təhsil arzu olunandır
Satınalma/təchizat zənciri/layihənin idarə edilməsi üzrə sertifikat arzu olunandır
Təcrübə:
Layihənin idarə olunması və ya Satınalma / təchizat zənciri sahəsində ən az 1 il təcrübə
Professional bacarıq və kompetensiyalar:
Biznes ünsiyyət
Danışıqlar aparmaq bacarığı
Zamanın idarə olunması
Tədqiqat bacarıqları
Analitik bacarıqlar
Nəticə yönümlülük
Proaktiv düşüncə
Problemin həlli
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Sinteks Group of Companies
Retail
Sinteks Group of Companies 1996-cı ildə təsis edilmiş və Qafqazla Mərkəzi Asiya regionunda ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biri hesab olunur. Şirkət 300-dən artıq moda, zərgərlik, kosmetika və ev əşyaları brendini idarə edir, həmçinin 10-dan çox kafeteriya filialı ilə fəaliyyət göstərir. Portfelində Alexander McQueen, Armani Exchange, Balenciaga, Gucci, Ralph Lauren, New Yorker, Mango, Next kimi dünya şöhrətli markalar yer alır və şirkət EMPORIUM, SCOOP, BISQUE və ALBATROS kimi özəl konsept mağazaları da yaradıcısıdır. Sinteks pərakəndə satışla yanaşı qida və içki sektorunda da aktivdir — Gloria Jean’s Coffee Shops və Emporium Café kimi məkanlar vasitəsilə müştərilərə xidmət göstərir. 2020-ci ildən etibarən Hom*me brendi ilə ev əşyaları, aksesuarlar və dekorasiya sahəsində də genişlənmişdir. Şirkətin baş ofisi Bakı şəhərində yerləşir və o, regionda moda və lüks pərakəndə satış sahəsində lider mövqeyini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18342
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+