Layihə satışı üzrə menecer

Tam Ştat

Menecer

1.000 AZN-dən

Yerləşdirilib 17 mart 2026

Son Tarix: 11 aprel 2026

Təsvir

İşin məzmunu:

  • Korporativ müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi;

  • Şirkətin məhsul və xidmətlərinin müştərilərə təqdimatı;

  • Müştəri tələblərinin müəyyənləşdirilməsi, uyğun həllərin təklif edilməsi və müqavilələrin bağlanması;

  • Satış həcminin və keyfiyyətinin izlənilməsi, hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;

  • Müştərilər tərəfindən ödənişlərin müqavilə şərtlərinə uyğun və vaxtında həyata keçirilməsinə nəzarət edilməsi.

Tələblər

  • Satış sahəsində minimum 3 il iş təcrübəsi (inşaat sahəsində təcrübə və müəyyən müştəri bazasının olması);

  • Yüksək səviyyədə kommunikasiya və satış bacarıqları;

  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü iş üslubu;

  • MS Office proqramları üzrə biliklər;

  • Xarici dil biliyi üstünlükdür;

  • Şəxsi avtomobil və sürücülük vəsiqəsi üstünlükdür.

İş Şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi (Şənbə: 09:00-dan 13:00-dək);

  • Əmək haqqı: 1000 AZN + (əlavə olaraq satışdan yüksək faiz);

  • Əmək haqqı namizədin bilik bacarığına əsasən dəyişə bilər;

  • İş yeri: N.Nərimanov rayonu, A.Aqarunov 3-9.

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) qeyd olunan elektron ünvanına mövzu hissəsində “Layihə satışı üzrə menecer” qeyd etməklə göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11381

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer