Korporativ satış meneceri
İşin məzmunu:
Müştərilərlə telefon, e-mail vasitələri üzərindən operativ və peşəkar əlaqənin qurulması;
Şirkətin məhsul və xidmətləri haqqında müştərilərə ətraflı və düzgün məlumatın təqdim edilməsi;
Mövcud müştəri bazasının idarə olunması və korporativ müştərilərlə uzunmüddətli əməkdaşlığın qurulması;
Müştərilər üçün təkliflərin hazırlanması;
Yeni müştərilərin aktiv şəkildə axtarışı və cəlb edilməsi;
Satış prosesinin bütün mərhələlərinin koordinasiyası və nəzarətdə saxlanılması;
Satış göstəricilərinin (plan, dövriyyə və s.) izlənilməsi və mütəmadi hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
Müştərilərlə ödəniş proseslərinin izlənilməsi və vaxtında icrasına nəzarət.