Layihə rəhbəri (tikinti üzrə)

Bakı

Tam Ştat

Orta Səviyyə

3.000 - 4.000 AZN

Yerləşdirilib 24 fevral 2026

Son Tarix: 23 mart 2026

Təsvir

İş barədə:

  • Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi;

  • Layihə üzrə şirkəti təmsiletmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət qurumları ilə olan münasibətlərin tənzimlənməsi;

  • Layihə üçün lazımi işçi qüvvəsi, avadanlıq və mal - materialların müəyyən edilməsi;

  • Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi;

  • Layihənin icrası prosesində yaranmış hər hansısa bir dəyişiklik və ya problemlə bağlı memar və sifarişçi arasında düzgün koordinasiyanın qurulması və mövcud problemin həlli;

  • Ehtiyac olarsa, sahədə işin keyfiyyətlə yerinə yetirilməsi üçün tələb olunan çertyoj və sxemlərin düzgün işlənməsinə nəzarət edilməsi;

  • Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərin müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsinə nəzarət edilməsi;

  • Tikintidə təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi;

  • Layihənin cari vəziyyəti haqqında hesabatların və layihə barəsində məlumatların bütün maraqlı tərəflərə bərabər səviyyədə paylaşılması və layihənin düzgün formada irəliləməsinin təmin edilməsi;

  • Heyətin vəzifə bölgüsü və komandanın idarə edilməs;

  • Layihə ilə bağlı gündəlik hesabatların rəhbərliyə təqdim edilməsi.

Tələblər

  • “İnşaat mühəndisliyi” və ya “sənaye və mülki tikinti” ixtisası üzrə ali təhsil;

  • Sənaye və mülki binaların tikintisində müvafiq vəzifə üzrə minimum 10 il iş təcrübəsi;

  • Punktuallıq və məsuliyyət;

  • İşgüzar ünsiyyət və yüksək davranış keyfiyyətlərinə sahib olmalı;

  • Yüksək idarəetmə bacarığı;

  • Ezamiyyətlərə hazır olmalı;

  • Microsoft Office və AutoCad proqramlarında işləmək bacarığı;

  • Azrəbaycan dili-mükəmməl, rus və ingilis dili biliyi-üstünlükdür.

İş şəraiti:

  • İş rejimi: 6 günlük;

  • İş yeri: Bakı şəhəri;

  • Korporativ nömrə ilə təmin olunma,

  • Əmək haqqı: müsahibə əsasında.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz CV-lərini göstərilən elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9613

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə