Layihə meneceri
Bakı
Tam Ştat
Menecer
1.000 - 1.500 AZN
Yerləşdirilib 26 may 2026
Son Tarix: 29 iyun 2026
Təsvir
PROVEN TTL komandası üçün Reklam və BTL Layihələri üzrə Menecer axtarılır!
PROVEN TTL 10 ilə yaxındır ki, xidmət və istehsal sahəsində fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət istiqamətlərinə marketinq xidmətləri, BTL layihələri və tədbir təşkili, reklam istehsalı, sərgi stendlərinin hazırlanması, tərtibat işləri və mebel istehsalı daxildir.
Komandamıza yaradıcı düşüncəyə sahib, layihələri idarə edə bilən və şirkəti peşəkar şəkildə təmsil edəcək Reklam və BTL Layihələri üzrə Menecer axtarırıq
Vəzifə öhdəlikləri:
* Reklam və BTL layihələrinin hazırlanması və idarə olunması;
* Kreativ ideyaların hazırlanması və təqdim edilməsi;
* Tədbirlərin planlanması və təşkilinin koordinasiyası;
* Müştərilərlə görüşlərin keçirilməsi və layihələrin təqdim olunması;
* Layihələrin büdcə, zaman və icra prosesinə nəzarət;
* Təchizatçılar və tərəfdaşlarla koordinasiyanın aparılması;
* Şirkətin xidmətlərinin satış yönümlü təqdim olunması;
* Global və lokal müştərilərlə əlaqələrin idarə olunması və əməkdaşlığın inkişaf etdirilməsi;
* Layihələrin icrası zamanı operativ problemlərin həll edilməsi;
* Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
Tələblər
Təhsil : Ali
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Yaş : 25 - 32
* Reklam, marketinq, tədbir təşkili və ya BTL sahəsində minimum 4 il iş təcrübəsi;
* Kreativ düşüncə və ideya təqdim etmə bacarığı;
* Layihələrin idarə olunması və koordinasiya bacarığı;
* Güclü kommunikasiya və təqdimat qabiliyyəti;
* Satış və müştəri yönümlü yanaşma;
* Operativ və gərgin iş qrafikində işləmə bacarığı;
* KPI sistemi ilə işləmə və nəticəyönümlü yanaşma;
* Bir neçə layihəni paralel şəkildə idarə etmə bacarığı;
* Problem həll etmə və sürətli qərarvermə qabiliyyəti;
* Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət;
* Rus və ingilis dili biliyi **(global müştərilərlə iş təcrübəsinə görə üstünlükdür)**;
* MS Office proqramlarında sərbəst işləmək bacarığı;
* Məsuliyyətli, punktual və komandada işləmək bacarığı.
İş şərtləri:
İş saatı: 09:00 – 18:00
İş günləri: Bazar ertəsi – Cümə
Əmək haqqı + bonus sistemi
Dinamik və inkişaf yönümlü iş mühiti
KPI əsaslı motivasiya və inkişaf imkanları
Necə Müraciət Etmək Olar
Proven TTL MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18294
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer