PROVEN TTL komandası üçün Reklam və BTL Layihələri üzrə Menecer axtarılır!
PROVEN TTL 10 ilə yaxındır ki, xidmət və istehsal sahəsində fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət istiqamətlərinə marketinq xidmətləri, BTL layihələri və tədbir təşkili, reklam istehsalı, sərgi stendlərinin hazırlanması, tərtibat işləri və mebel istehsalı daxildir.
Komandamıza yaradıcı düşüncəyə sahib, layihələri idarə edə bilən və şirkəti peşəkar şəkildə təmsil edəcək Reklam və BTL Layihələri üzrə Menecer axtarırıq
Vəzifə öhdəlikləri:
* Reklam və BTL layihələrinin hazırlanması və idarə olunması;
* Kreativ ideyaların hazırlanması və təqdim edilməsi;
* Tədbirlərin planlanması və təşkilinin koordinasiyası;
* Müştərilərlə görüşlərin keçirilməsi və layihələrin təqdim olunması;
* Layihələrin büdcə, zaman və icra prosesinə nəzarət;
* Təchizatçılar və tərəfdaşlarla koordinasiyanın aparılması;
* Şirkətin xidmətlərinin satış yönümlü təqdim olunması;
* Global və lokal müştərilərlə əlaqələrin idarə olunması və əməkdaşlığın inkişaf etdirilməsi;
* Layihələrin icrası zamanı operativ problemlərin həll edilməsi;
* Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.