Ana Səhifə
Vakansiyalar
Maliyyə və Audit
İqtisadçı

Layihə Hesabatlılığı və Məlumatların Təhlili üzrə Mütəxəssis

Layihə Hesabatlılığı və Məlumatların Təhlili üzrə Mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 1 iyun 2026

Təsvir

Əsas vəzifə və öhdəliklər

  • Layihə üzrə podratçıdan və layihə komandasından daxil olan məlumat və sənədlərin toplanması, emalı və sistemləşdirilməsi

  • Sənədlərin qeydiyyatının aparılması və strukturlaşdırılmış şəkildə saxlanılması

  • Daxil olan məlumatların ilkin yoxlanılması (tamlıq və uyğunluq baxımından)

  • Sənədlərin baxış və təsdiq prosesinin izlənilməsi, idarəetmə paneli və vizuallaşdırmaların qurulması

  • Müxtəlif mənbələrdən gələn məlumatların vahid hesabat formasında birləşdirilməsi

  • Təsdiqlənmiş məlumatlar əsasında aylıq hesabatların hazırlanması

  • Məlumatlarda uyğunsuzluqların və çatışmazlıqların aşkar edilməsi

  • Hesabatların təhlili zamanı risklərin və potensial problemlərin müəyyən olunması

  • Layihə göstəricilərində qeyri-adi halların aşkar edilərək rəhbərliyə çatdırılması

  • Layihə daxilindəki işçi heyəti ilə əlaqə saxlayaraq çatışmayan məlumatların dəqiqləşdirilməsi

  • Hesabat və məlumat axını proseslərinin təkmilləşdirilməsinə dəstək

Tələblər

  • Ali təhsil (İnşaat, Maliyyə, Menecment və ya digər aidiyyatı sahələr üzrə);

  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;

  • Detallara yüksək diqqət

  • Analitik düşünmə qabiliyyəti

  • Excel bilikləri (orta səviyyə və ya yuxarı)

  • Böyük həcmli məlumat və sənədlərlə işləmə bacarığı

  • Təşkilatçılıq bacarığı

  • Ünsiyyət bacarıqları

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti

  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)

  • İş vaxtı: 09:00-18:00

  • Könüllü tibbi sığorta

  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Məlumatların Təhlili üzrə Mütəxəssis” yazaraq qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17639

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Layihə Meneceri (İnşaat üzrə)

Tam Ştat

Tikinti layihələrini başlanğıcdan tamamlanmaya qədər idarə etmək, layihələrin vaxtında, büdcə daxilində, keyfiyyət, təhlükəsizlik və müqavilə tələblərinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək. Vəzifə öhdəlikləri: Layihənin planlaşdırılması və icrası – Ətraflı layihə planları, qrafiklər və mərhələlər hazırlamaq, tikintinin bütün mərhələlərində effektiv icrasını təmin etmək; Büdcə və xərclərin idarə edilməsi – Layihə büdcəsini hazırlamaq və idarə etmək, xərclərə nəzarət etmək və artıq xərclərin qarşısını almaq üçün tədbirlər görmək; Müqavilələlər və müştərilərlə əlaqə – Müştərilər, məsləhətçilər və subpodratçılarla müqavilələri idarə etmək, bütün tərəflərlə güclü əlaqələr qurmaq; Sahə nəzarəti və koordinasiya – Tikinti sahəsində işləri nəzarətdə saxlamaq, subpodratçılar, mühəndislər və təchizatçılar arasında koordinasiyanı təmin etmək; Keyfiyyətə nəzarət və uyğunluq – Bütün işlərin texniki tələblərə, keyfiyyət standartlarına və normativ qaydalara uyğun olmasını təmin etmək; Əməyin mühafizəsi və təhlükəsizlik – Sahədə sağlamlıq, təhlükəsizlik və ətraf mühit (HSE) standartlarına ciddi riayət olunmasını təmin etmək; Risklərin idarə edilməsi – Potensial riskləri müəyyən etmək və gecikmələrin və əlavə xərclərin qarşısını almaq üçün strategiyalar hazırlamaq; Satınalma prosesinə nəzarət – Material və xidmətlərin vaxtında təmin edilməsi üçün satınalma komandası ilə koordinasiya aparmaq; İrəliləyişin izlənməsi və hesabatlılıq – Layihənin gedişatını büdcə və qrafikə uyğun izləmək, rəhbərlik və müştərilər üçün mütəmadi hesabatlar hazırlamaq; Problemlərin həlli və qərarvermə – Layihə zamanı yaranan çətinlikləri operativ şəkildə həll etmək və əsaslandırılmış qərarlar vermək. Əsas məsuliyyət göstəriciləri: Layihənin vaxtında təhvil verilməsi; Büdcəyə uyğunluq və xərclərin effektivliyi; Tikinti işlərinin keyfiyyəti; Təhlükəsizlik və normativ tələblərə uyğunluq.

Xərclərə nəzarət üzrə mütəxəssis (İnşaat üzrə)

Tam Ştat

Xərclərə nəzarət üzrə mütəxəssis təşkilatın maliyyə resurslarından səmərəli istifadə olunmasını təmin etmək məqsədilə xərclərin planlaşdırılması, monitorinqi və təhlili ilə məşğul olur. Onun əsas vəzifəsi şirkətin büdcəsinə uyğun şəkildə xərclərin həyata keçirilməsinə nəzarət etmək, artıq və ya lazımsız xərclərin qarşısını almaq, eləcə də rəhbərliyi vaxtaşırı hesabatlarla təmin etməkdir. Vəzifə öhdəlikləri: Layihə büdcələrinin hazırlanmasında və yenilənməsində iştirak etmək Planlaşdırılmış smeta ilə faktiki xərcləri müntəzəm müqayisə etmək Xərc kənarlaşmaları (cost variance) analiz etmək və səbəblərini müəyyən etmək. Əgər varsa «lessen and learn» tətbiq edərək növbəti layihələrdə bu tipli səhvlərə yol verməmək Layihənin aylıq və həftəlik xərc hesabatları təqdim etmək. Layihənin cash flow və büdcə icrasını izləmə Podratçılarla müqavilə imzalanmamışdan əvvəl qiymət təkliflərini mövcüd büdcə ilə müqayisə edərək lazımı pozisyalarda endirim və ya düzəliş etmək üçün danışıqların aparılmasını təşkil etmək Qiymət Müqayisə Cədvəlində funkisyonal səvhlərin aradan qaldırılmasınını təmin etmək və bazar qiymətləri ilə verilmiş qiymətlər toplusunda qarşılaşdırma edərək yekun maliye hesabatı etmək Variation analiz elemək, CMI – (Change Order ) sənədlərini yoxlamaq və təşkil etmək prosesi Ehtiyac yarandıqda Tender Evaluation  cədvəlinin tətbiqi ilə tender iştirakçılarının qiymətləndirilməsini təmin etmək. İPC və FPC lərin yoxlanılması Digər lazımı tapşırıqları yerinə yetirilməsi