Laborant (xanım)

Bakı

Tam Ştat

Orta Səviyyə

600 - 700 AZN

Yerləşdirilib 28 fevral 2026

Son Tarix: 8 aprel 2026

Təsvir

Əsas vəzifə öhdəlikləri:

  • Süd və süd məhsullarının istehsalı prosesinin hər mərhələsində nümunələri (xammal, yarımfabrikat, hazır məhsul) götürmək, götürülən nümunələrin keyfiyyət (fiziki-kimyəvi və mikrobioloji) göstəricilərini yoxlamaq və nəticələri sənədləşdirmək;

  • Uyğunsuzluq aşkar edildikdə rəhbərliyə məlumat vermək və müvafiq aktların tərtib edilməsində iştirak etmək;

  • Sınaq nəticələrinin qeydiyyatını aparmaq (jurnal və/və ya elektron formatda), hesabatlar hazırlamaq;

  • Laboratoriya avadanlıqlarından düzgün istifadə etmək;

  • Müəssisəyə daxil olan xammal, köməkçi və qablaşdırma materiallarının giriş nəzarətini həyata keçirmək;

  • Xammal, qablaşdırma materialları və köməkçi vasitələrinin keyfiyyətinin yoxlanılması üçün normativ-texniki sənədlərin tələblərinə uyğun nümunə götürmək və yoxlanılmasını həyata keçirmək;

  • Əməyin mühafizəsi, qida təhlükəsizliyi, sanitariya norma və qaydalarına, gigiyena normativlərinə riayət etmək.

Tələblər

Təhsil : Ali
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 21 - 35
Cins : Qadın
Tələblər:

  • Ali təhsil (Qida mühəndisliyi, biologiya, kimya sahəsində)

  • Yalnız xanım namizədlər

  • Minimum 1 il laboratoriya təcrübəsi (xüsusilə qida və süd məhsulları sahəsində) təcrübə üstünlükdür

  • Laborator cihazlarla işləmə bacarığı
    İş şəraiti:

  • İş qrafiki:6 gün

  • Əmək haqqı: 650 AZN

  • Nahar şirkət tərəfindən təmin edilir

  • Ünvan: Bakı şəh, Binəqədi yolu 100

Qeyd olunan göstəricilərə cavab verən namizədlər öz CV-lərini vakansiyanın adını qeyd edərək email ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Xırman MMC

Xırman MMC

Other

Xırman MMC Azərbaycanda qida sənayesi sahəsində fəaliyyət göstərən şirkətdir və 1997-ci ildən etibarən müxtəlif gündəlik qida məhsullarının istehsalı ilə bazarda öz yerini tutmuşdur. Şirkət un, çörək məmulatları, qatılaşdırılmış süd, bitki yağları və digər məhsullar istehsal edir və istehlakçılar arasında keyfiyyətli məhsulları ilə tanınır. Məhsulları həm ölkə daxilində, həm də xarici bazarlarda, o cümlədən Türkiyə, Gürcüstan, İran və Liviya kimi ölkələrə ixrac edilmişdir. Xırman MMC-nin baş ofisi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşir və şirkət son illərdə fəaliyyətini modern istehsal texnologiyaları ilə davam etdirir. Qeyd etmək lazımdır ki, müəssisənin buğda unu emalı zavodunda bəzi keyfiyyət və gigiyena standartları ilə bağlı yoxlamalar aparılmışdır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10103

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya