KT/KN Engineer

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 27 may 2026

Təsvir

Əsas öhdəliklər:

  • KT/KN menecerinə hesabat vermək

  • Şirkət bölmələrinin fəaliyyətinə aid sənədləri yoxlamaq, sistemləşdirmək və təsnifat aparmaq

  • Layihələr üzrə keyfiyyət və digər sənədləri arxivləşdirmək və qeydiyyata almaq

  • Həftəlik və aylıq hesabatlar hazırlamaq

  • Görüşlərdə iştirak etmək və iclas protokollarını (MOM) hazırlamaq, arxivləşdirmək

  • Texniki sənədlərin şirkətin keyfiyyət standartlarına uyğun idarə olunmasını təmin etmək

  • Sənəd və çertyojları paylanmadan əvvəl yoxlamaq

  • Təsdiqlənmiş son versiyaları aidiyyəti şəxslərlə paylaşmaq

  • Daxili və müştəri sənədlərini arxivləşdirmək

  • Zəruri hallarda sənədləri müştəriyə təqdim etmək

  • HR və HSE sənədlərini arxivləşdirmək

  • Zəruri hallarda sənədləri tərcümə etmək

  • SR, RR sənədlərini hazırlamaq, imzalatmaq və arxivləşdirmək

  • KT/KN menecerinin tapşırıqlarını icra etmək

Tələblər

  • Ali təhsil (bakalavr/magistr)

  • 2–3 il iş təcrübəsi

  • MS Office, Visio, AutoCAD bilikləri

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində vakansiyanın adını qeyd etməyiniz vacibdir.

Necə Müraciət Etmək Olar

North West

North West

Other

North West Construction (NW Construction) 2007-ci ildə təsis edilmiş müasir tikinti və mühəndislik şirkətidir və Azərbaycanda, eləcə də xaricdə kompleks infrastruktur layihələrinin icrasında iştirak edir. Şirkət portfelində yer alan görkəmli layihələrə CAREC Dəhlizi 2 Karakalpakstan yol layihəsi, Gəncə Mall ticarət mərkəzi, Bravo hipermarketləri və paylama anbarı, Sumqayıt Tütün Fabriki kimi iri obyektlər daxildir, eləcə də Port Baku Towers, Port Baku Residence, Baku White City – Knights Bridge yaşayış kompleksi, Ritz-Carlton Hotel, Baku Boulevard Hotel, Baku Intourist Hotel və Pik Palace Şahdağ Hotel kimi layihələrdə iştirak edib. NW Construction müxtəlif sahələr üzrə — sənaye obyektləri, çoxfunksiyalı binalar, yollar, körpülər, tunellər, su və kanalizasiya sistemləri və enerji layihələri tikib-qurmaq və mühəndislik xidmətləri göstərmək bacarığına malikdir. Şirkət həmçinin layihələrin idarə edilməsi və mühəndislik həlləri təklif edir və dünya miqyasında müştəri və tərəfdaş şəbəkəsi ilə işləyir, müasir tikinti metodları, keyfiyyət və təhlükəsizlik standartlarını əsas götürür. NW Construction-un Bakıdakı ofisi Port Baku Walk binasında yerləşir və şirkət davamlı inkişaf və peşəkar komandaya investisiya qoyaraq gələcək layihələr üçün dayanıqlı bazanı gücləndirməyi hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15125

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya