Sahə mühəndisi (Füzuli)
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 17 may 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Layihə menecerinə birbaşa tabe olaraq sahədə işlərin koordinasiyasını təmin etmək
Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə uyğun icrasına nəzarət etmək
Gündəlik iş prosesinin planlaşdırılması və iş bölgüsünün təşkili
İşlərin qrafikə uyğun və vaxtında icrasını təmin etmək
Sahədə çalışan briqadaların və subpodratçıların fəaliyyətinə nəzarət etmək
Görülən işlərin keyfiyyətinə və texniki standartlara uyğunluğuna nəzarət
Texniki sənədlərin (aktlar, hesabatlar və s.) hazırlanmasında iştirak
Layihə dəyişiklikləri zamanı operativ qərarların verilməsi və tətbiqi
Materialların düzgün istifadəsinə və sahədə resursların idarə olunmasına nəzarət
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək
Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi
Tələblər
Müvafiq sahə üzrə ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli sahə)
Tikinti sahəsində minimum 3–5 il iş təcrübəsi
Tikinti prosesləri və texnologiyaları üzrə yaxşı bilik
Layihə sənədlərini (çertyoj, plan və s.) oxuma bacarığı
Planlaşdırma və təşkilatçılıq bacarıqları
Azərbaycan dilində sərbəst, İngilis dili biliyi üstünlükdür
MS Office proqramlarında işləmə bacarığı (AutoCAD üstünlükdür)
Komandada işləmək və effektiv kommunikasiya bacarığı
Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq
Təzyiq altında işləmək bacarığı
Muraciətinizi cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanlarına “Sahə mühəndisi (Qarabağ)” başlığı ilə göndərməklə edə bilərsiniz.
Necə Müraciət Etmək Olar
North West
Other
North West Construction (NW Construction) 2007-ci ildə təsis edilmiş müasir tikinti və mühəndislik şirkətidir və Azərbaycanda, eləcə də xaricdə kompleks infrastruktur layihələrinin icrasında iştirak edir. Şirkət portfelində yer alan görkəmli layihələrə CAREC Dəhlizi 2 Karakalpakstan yol layihəsi, Gəncə Mall ticarət mərkəzi, Bravo hipermarketləri və paylama anbarı, Sumqayıt Tütün Fabriki kimi iri obyektlər daxildir, eləcə də Port Baku Towers, Port Baku Residence, Baku White City – Knights Bridge yaşayış kompleksi, Ritz-Carlton Hotel, Baku Boulevard Hotel, Baku Intourist Hotel və Pik Palace Şahdağ Hotel kimi layihələrdə iştirak edib. NW Construction müxtəlif sahələr üzrə — sənaye obyektləri, çoxfunksiyalı binalar, yollar, körpülər, tunellər, su və kanalizasiya sistemləri və enerji layihələri tikib-qurmaq və mühəndislik xidmətləri göstərmək bacarığına malikdir. Şirkət həmçinin layihələrin idarə edilməsi və mühəndislik həlləri təklif edir və dünya miqyasında müştəri və tərəfdaş şəbəkəsi ilə işləyir, müasir tikinti metodları, keyfiyyət və təhlükəsizlik standartlarını əsas götürür. NW Construction-un Bakıdakı ofisi Port Baku Walk binasında yerləşir və şirkət davamlı inkişaf və peşəkar komandaya investisiya qoyaraq gələcək layihələr üçün dayanıqlı bazanı gücləndirməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15129
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
1000+