Kredit Risklərinin İdarə Edilməsi Ehtiyatlanma üzrə Baş mütəxəssis (IT Biznes analitik)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 20 iyun 2026
Təsvir
Bankın aktiv metodologiyalarının, proses və siyasətlərinin nəzərdən keçirilməsi və lazımi təkliflərin verilməsi;
Maraqlı tərəflərlə əməkdaşlıq edərək biznes tələblərini toplamaq və sənədləşdirilməsi;
Dəyişiklik sorğularının (CAB) analizinin aparılması və qiymətləndirmənin edilməsi;
İştirakçısı olduğu layihələr üzrə texniki həllərin tətbiq olunması üçün tərəflərlə müvafiq kommunikasiyaların aparılması, tətbiq olunmasına nəzarət, test olunması və sənədləşdirilməsi;
Bankın müxtəlif strukturları ilə birlikdə həyata keçirilən layihələrin müvafiq mərhələlərinin vaxtında və keyfiyyətli şəkildə təhvil verilməsi;
Bankın kredit risklərinin idarə edilməsi siyasətinə uyğun olaraq aktiv və planlaşdırılan layihələrin kredit riskləri tərəfindən qiymətləndirilməsi;
Sağlam tənzimləyici mühitin (daxili və xarici) formalaşdırılması üçün müşahidənin aparılması və təkliflərin verilməsi;
Müxtəlif hesabatların və layihələrin tamamlanması vasitəsilə təşkilatın məqsədlərinə çatmasına və həmkarların uğuruna dəstək verilməsi, daha az təcrübəsi olan həmkarların yetişdirilməsi;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.
Tələblər
Təhsil: İnformasiya Texnologiyaları, Biznes İdarəçiliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
İş təcrübəsi: IT Biznes analitika və bankçılıq sahəsində minimum 3 il təcrübə;
Lisenziya/ Sertifikat: SQL arzuolunandır;
Xarici dil: İngilis dili (səlis), rus ili (arzuolunandır);
Kompüter bilikləri: Microsoft Office;
Python və SQL (Arzuolunan);
Məhsul üzrə biliklər: SQL, verilənlər strukturu və alqoritm biliyi, BPMN və UML modelləşdirmə dil biliyi, Microsoft Office (Excel, MC Visio) , Web servislər (XML, SOAP, REST);
Başqa tələblər: Yaxşı idarəçilik, ünsiyyət və hesabat biliyi.
Necə Müraciət Etmək Olar
PASHA Bank
Finance
PASHA Bank Azərbaycanda fəaliyyət göstərən aparıcı korporativ banklardan biridir və əsasən biznes bankçılığı, investisiya həlləri və korporativ maliyyələşmə sahəsində ixtisaslaşıb. Bank 2007-ci ildə yaradılıb və hazırda PASHA Holding tərkibində fəaliyyət göstərir. PASHA Bank iri korporativ müştərilər, kiçik və orta biznes subyektləri üçün kredit, xəzinədarlıq, ticarət maliyyəsi və digər maliyyə xidmətləri təqdim edir. Bank fəaliyyətində innovasiya, etibarlılıq və müştəriyönümlü yanaşma prinsiplərini əsas tutur. PASHA Bank rəqəmsal bankçılıq həllərinin inkişafına, beynəlxalq maliyyə standartlarının tətbiqinə və ölkədə biznes mühitinin inkişafına xüsusi önəm verir. Bank həmçinin Azərbaycanın maliyyə sektorunda iri layihələrin maliyyələşdirilməsində və sahibkarlığın dəstəklənməsində aktiv rol oynayır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18228
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+