Kredit risklərin idarə edilməsi üzrə kiçik mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 20 iyun 2026
Təsvir
“City Finance” BOKT MMC Kredit risklərin idarə edilməsi üzrə kiçik mütəxəssisvakansiyasını elan edir.
“City Finance” bank olmayan kredit təşkilatıdır. BOKT 2014-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyətə başlayaraq müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir. “City Finance” uzun müddətli və aşağı faiz dərəcəli kredit təklifləri ilə bərabər rahat ödəmə üsulları da təklif edir. Şirkətin iş prinsipini müştəriyə yönəlik fəaliyyət, yüksek keyfiyyətli və daha sərfəli şərtlərlə xidmət etmək təşkil edir.
Vəzifə öhdəlikləri:
Şöbənin fəaliyyətinə aid prosedur, təlimat və qaydalara riayət edilməsi;
Boktun kredit portfelinin təhlilinin aparılmasında və monitorinqində iştirak;
Borcalanın maliyyə vəziyyətinin və kredit öhdəliklərinin qiymətləndirilməsi;
Kreditlərin verilməsindən sonra monitorinqin həyata keçirilməsində iştirak və monitorinq nəticəsində aşkar edilmiş risklərə dair məlumatların hazırlanması;
Kredit portfeli üzrə erkən xəbərdarlıq sistemi üzrə məlumatların toplanması və ilkin təhlili;
Problemli kreditlərin müəyyən edilməsi və onlarla bağlı tədbirlərin görülməsində iştirak;
Təminat qismində qəbul edilən daşınar və daşınmaz əmlakların qiymətləndirilməsi prosesində iştirak;
Şöbənin digər struktur bölmələri ilə işgüzar əlaqələrin qurulmasında iştirak;
Şöbə rəhbəri və Departament rəhbəri tərəfindən qarşıya qoyulmuş digər tapşırıqların icrası.
Tələblər
Ali təhsil (bakalavr və ya magistr) — Maliyyə, Bank işi, İqtisadiyyat, Mühasibat uçotu, Hüquq, Riyaziyyat və ya əlaqəli ixtisaslar üzrə
Maliyyə hesabatlarını oxumaq və təhlil etmək bacarığı;
Statistik və riyazi metodların maliyyə təhlilində tətbiqi üzrə əsas biliklər;
MS Office proqramları (xüsusilə MS Excel) üzrə yüksək səviyyədə biliklər (Məntiqi və maliyyə funksiyaları);
Power BI, SQL və ya digər analitik vasitələrlə işləmək bacarığı arzuolunandır.
Azərbaycan dili — sərbəst (yazılı və şifahi);
İngilis dili — orta səviyyədə — (arzuolunandır).
Analitik və tənqidi düşüncə qabiliyyəti;
Diqqətlilik, dəqiqlik və rəqəmlərlə işləmək bacarığı;
Məsuliyyət hissi və yüksək iş etikası;
Komandada işləmək bacarığı və ünsiyyət qurmaq qabiliyyəti;
Çoxsaylı tapşırıqları idarə edə bilmək və vaxtın səmərəli planlaşdırılması;
Konfidensiallığı qorumaq bacarığı və peşə etikasına riayət etmək;
Öyrənməyə həvəs və peşəkar inkişafa açıq olmaq;
Stress şəraitində işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
AGA Group
Other
AGA Group Azərbaycanda fəaliyyət göstərən və müxtəlif biznes istiqamətlərini birləşdirən şirkətlər qrupudur. Qrup əsasən tikinti, layihə idarəetməsi, ticarət və xidmət sahələrində fəaliyyət göstərərək yerli bazarda müxtəlif miqyaslı layihələrin icrasını həyata keçirir. AGA Group müasir idarəetmə yanaşması və operativ əməliyyat modeli ilə fərqlənir. Şirkət fəaliyyətində keyfiyyət, etibarlılıq və uzunmüddətli tərəfdaşlıq prinsiplərini əsas tutur. AGA Group bazarın tələblərinə uyğun innovativ həllər tətbiq etməyi, layihələrin vaxtında və standartlara uyğun icrasını təmin etməyi və davamlı inkişaf strategiyası ilə mövqeyini gücləndirməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17528
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000