Kredit Anderraytinqi üzrə Aparıcı / Baş Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 5 iyun 2026
Təsvir
Baxılması üçün göndərilən kredit təkliflərinin nəzərdən keçirilməsi və müzakirə olunması;
Müştərinin bankın və yerli qanunvericiliyin tələblərinə müvafiqliyinin yoxlanması üçün bütün kredit sənədlərinnin nəzərdən keçirilməsi və təhlili;
Zəruri hallarda müştəriyə nəzarət baxışının, maliyyə təhlilinin və monitorinqlərin həyata keçirilməsi;
Müəyyən olunmuş limitlərə uyğun kredit komitələrində iştirak etmək;
Müxtəlif bank seqmentlərində tendensiyaların tədqiqi və təhlili;
Alınmış sorğuların zamanında cavablandırılması.
Tələblər
Biznes kreditləşməsi və ya problemli kreditlərin idarə olunması sahəsində ən azı 2 illik iş təcrübəsi;
İnkişaf etmiş analitik bacarıqlar;
Müştərilərin maliyyə hesabatlılığını başa düşmək, detallara diqqətlilik;
Müştəri və Bankın filiallarını ziyarət etmək imkanı;
Ünsiyyətçillik, iş qabiliyyəti, əzmkarlıq, tez öyrənmək bacarığı;
Mükəmməl Azərbaycan dili biliyi, Rus və/və ya İngilis dili biliyi üstünlük sayılacaq;
MS Office proqramları ilə sərbəst işləmək bacarığı.
Necə Müraciət Etmək Olar
AccessBank
AccessBank Azərbaycanda fəaliyyət göstərən aparıcı mikromaliyyə və kommersiya banklarından biridir. Bank 2002-ci ildə Almaniya İnkişaf Bankı (KfW), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və digər beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə yaradılıb. AccessBank əsasən kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi istiqamətində ixtisaslaşıb və fərdi müştərilər üçün də geniş bank xidmətləri təqdim edir. Bank fəaliyyətində şəffaflıq, əlçatan maliyyə xidmətləri və sahibkarlığın dəstəklənməsi prinsiplərini əsas tutur. AccessBank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri ilə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. Bank həmçinin innovativ yanaşmaları və müştəriyönümlü xidməti ilə Azərbaycanın bank sektorunda etibarlı maliyyə institutlarından biri kimi tanınır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17510
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+