Korporativ satış üzrə Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 yanvar 2026
Son Tarix: 16 fevral 2026
Təsvir
Şöbə/Bölmə: Korporativ Satış və Tender
Vəzifə: Korporativ Satış üzrə Menecer
Hesabat verdiyi şəxs: Şöbə rəhbəri / Satış və Marketinq Direktoru
Tələblər
Təhsil: Ali təhsil
İş təcrübəsi: Minimum 1 il korporativ satış sahəsində.
Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus və İngilis dilləri arzuolunandır;
Kompyuter bilikləri: MS Office, 1C/ERP, e-mail və onlayn platformalar;
Əlavə: Satış texnikaları, təqdimat bacarıqları, müştəri idarəçiliyi;
Təklif:
Ofis- Dərnəgül. Ziya Bünyadov pr 2071
İş qrafiki: 5 günlük rəsmi iş qrafiki, 09:00-18:00
-Nahar şirkət tərəfindən təmin edilir.
-AR Əmək məcəlləsi əsasında rəsmiləşdirmə
-Əmək haqqı: 800 azn + (bonus - şəxsi və komanda hədəfi ilə)
-B2B görüşlərlə bağlı nəqliyyat və danışıq xərcləri qarşılanır.
Vəzifə təlimatı:
Müştəri və satış fəaliyyəti
Potensial və mövcud korporativ müştərilərlə əlaqə yaratmaq və şirkətin məhsul və xidmətləri barədə ətraflı məlumat təqdim etmək
Korporativ satış planını yerinə yetirmək üçün müştəri bazasını genişləndirmək və yeni partnyorlar cəlb etmək
Müştərinin ehtiyaclarını təhlil edərək fərdi təkliflər hazırlamaq və təqdim etmək
Müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq və satış sonrası əlaqəni qorumaq
Müştəri şikayətlərinin operativ və effektiv həllini təmin etmək
Müqavilə və maliyyə sənədlərinin idarə olunması
Şirkət daxili təklif və qiymət formalarının hazırlanmasına və koordinasiyasına nəzarət etmək
Satış müqavilələrinin hazırlanması, imzalanması və icrasına nəzarət etmək
Ödəniş sənədlərinin hazırlanması, imzalanması və müştəriyə göndərilməsinə nəzarət etmək
Müştəri borclarına və anbar qalığına daimi nəzarət etmək
Analitik və strateji fəaliyyət
Aylıq, rüblük və illik satış hədəflərinə çatmaq üçün birbaşa rəhbərinə hesabatlar təqdim etmək
Mövcud korporativ müştərilərin tələblərini cavablandırmaq və onların məmnuniyyətini təmin etmək
Vəzifə üzrə tələb olunan bilikləri daim artırmaq, şirkətin təlim proqramlarında iştirak etmək
Daxili qaydalar və etik prinsiplər
Müştəri tərəfindən tələb olunan eyni məhsulların stokda olmadığı halda, ehtiyaca uyğun alternativ təkliflər hazırlamaq
Şirkətin müəyyən etdiyi dress-code qaydalarına riayət etmək
Şirkətə məxsus kommersiya və müştəri məlumatlarının məxfiliyini qorumaq
Açar bacarıq və davranışlar:
Strateji və analitik düşüncə – bazar proseslərini dərindən təhlil etmək
Korporativ satış və danışıqlar – yüksək səviyyədə təqdimat, müzakirə və razılaşma bacarığı
Müştəri münasibətlərinin idarəsi – uzunmüddətli tərəfdaşlıq qurmaq və məmnuniyyəti qorumaq
Planlama və prioritetləşdirmə – çoxsaylı layihə və hədəfləri effektiv idarə etmək
Stressə davamlılıq və operativlik – fövqəladə şəraitdə çevik və düzgün qərar vermək
CV-lərinizi “Korporativ satış üzrə menecer” başlığı iləcv@santral.az**poçt ünvanına göndərməyiniz xahiş olu
Daha çox Satış vakansiyaları üçün www.isbu.az saytına keçid edin.**
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Santral Elektrik
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4347
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə