WEICON üzrə Brend Meneceri
WEICON — sənaye yapışdırıcıları, sızdırmazlıq materialları və texniki kimya sahəsində beynəlxalq Alman brendidir.
Santral Elektrik QSC olaraq WEICON məhsullarının Azərbaycanda inkişafı və bazarda mövqeyinin gücləndirilməsi üçün Brend Meneceri axtarırıq.
Şirkət: Santral Elektrik QSC
İş yeri: Bakı şəhəri, Dərnəgül, Ziya Bünyadov pr 2071
Əsas vəzifələr
Müştərilərlə (zavodlar, istehsalat müəssisələri və s.) görüşlərin keçirilməsi
Mühəndislərlə texniki təqdimatların aparılması
WEICON məhsullarının üstünlüklərinin izahı və tətbiq sahələrinin göstərilməsi
Yeni müştərilərin cəlb edilməsi və bazarın genişləndirilməsi
Mövcud müştəri bazası ilə işləmək və əlaqələri inkişaf etdirmək
Satış planlarının icrası və nəticələrin izlənməsi
WEICON brendinin bazarda mövqeyinin gücləndirilməsi üzrə fəaliyyətlər
Rəqib məhsulların və bazar trendlərinin analiz edilməsi