Korporativ satış üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 aprel 2026

Son Tarix: 1 may 2026

Təsvir

  • Yeni müştərilərin cəlb edilməsi, potensial müştərilərin axtarışı;

  • Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;

  • Müştərilər ilə görüşmələr və təqdimatların keçirilməsi;

  • Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;

  • Mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq satış sənədlərinin hazırlanması;

  • Satış prosesinin planlaşdırılması və təşkil edilməsi;

  • Müştəridən daxil olan sorğuların / sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili;

  • Müştəri sifarişləri əsasında kommersiya təklifinin hazırlanması;

  • Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq həftəlik və aylıq hesabatların verilməsi;

  • Müştəri ilə qarşılıqlı əlaqələrin qurulması, şikayətlərin idarə edilməsi;

  • Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;

  • Şirkətin rəhbərliyinin satışla əlaqədar ona həvalə etdiyi layihələri idarə etmək və digər işləri görmək

  • Rəbərin verdiyi digər tapşırıqların icra edilməsi.

Tələblər

  • İnformasiya Texnologiyaları Sahəsində B2B və B2C və ya Korporativ satış sahəsində təcrübə

  • Ofis texnikası ilə işləmə bacarığı; (ofis proqramlarında işləmə bacarığı)

  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;

  • Azərbaycan dili (səlis) Rus dili, İngilis dili (arzu olunan)

  • Korporativ Satış sahəsi üzrə ən az 3 il iş təcrübəsi

  • Korporativ ünsiyyət bacarıqları

  • İT biliklər (avadanlıq, quraşdırılma, soft bilikləri)

  • Satış sahəsinin nəzəri və praktiki bilikləri.

İş şəraiti:

  • Qanunvericiliyə uyğun sənədləşdirmə

  • Satışdan bonus

  • Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaq

  • Davamlı karyera inkişafı

Vakansiyaya müraciət üçün CV-nizi “Korporativ satış üzrə mütəxəssis" mövzusu ilə göstərilən email ünvanına göndərməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13711

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə