Ana Səhifə
Vakansiyalar

Korporativ Satış üzrə menecer

Korporativ Satış üzrə menecer

Tam Ştat

Orta Səviyyə

800 AZN-dən

Yerləşdirilib 8 yanvar 2026

Son Tarix: 7 fevral 2026

Təsvir

Şöbə/Bölmə: Korporativ Satış və Tender

Hesabat verdiyi şəxs: Şöbə rəhbəri / Satış və Marketinq Direktoru

Tələblər

  • Təhsil: Ali təhsil

  • İş təcrübəsi: Minimum 1 il korporativ satış sahəsində.

  • Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus və İngilis dilləri arzuolunandır;

  • Kompyuter bilikləri: MS Office, 1C/ERP, e-mail və onlayn platformalar;

  • Əlavə: Satış texnikaları, təqdimat bacarıqları, müştəri idarəçiliyi;

Təklif:

  • Ofis- Dərnəgül. Ziya Bünyadov pr 2071

  • İş qrafiki: 5 günlük rəsmi iş qrafiki, 09:00-18:00

  • Nahar şirkət tərəfindən təmin edilir.

  • Azərbaycan Respublikası Əmək məcəlləsi əsasında rəsmiləşdirmə

  • Əmək haqqı: 800 azn + (bonus - şəxsi və komanda hədəfi ilə)

  • B2B görüşlərlə bağlı nəqliyyat və danışıq xərcləri qarşılanır.

Vəzifə təlimatı:

Müştəri və satış fəaliyyəti

  • Potensial və mövcud korporativ müştərilərlə əlaqə yaratmaq və şirkətin məhsul və xidmətləri barədə ətraflı məlumat təqdim etmək

  • Korporativ satış planını yerinə yetirmək üçün müştəri bazasını genişləndirmək və yeni partnyorlar cəlb etmək

  • Müştərinin ehtiyaclarını təhlil edərək fərdi təkliflər hazırlamaq və təqdim etmək

  • Müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq və satış sonrası əlaqəni qorumaq

  • Müştəri şikayətlərinin operativ və effektiv həllini təmin etmək

Müqavilə və maliyyə sənədlərinin idarə olunması

  • Şirkət daxili təklif və qiymət formalarının hazırlanmasına və koordinasiyasına nəzarət etmək

  • Satış müqavilələrinin hazırlanması, imzalanması və icrasına nəzarət etmək

  • Ödəniş sənədlərinin hazırlanması, imzalanması və müştəriyə göndərilməsinə nəzarət etmək

  • Müştəri borclarına və anbar qalığına daimi nəzarət etmək

Analitik və strateji fəaliyyət

  • Aylıq, rüblük və illik satış hədəflərinə çatmaq üçün birbaşa rəhbərinə hesabatlar təqdim etmək

  • Mövcud korporativ müştərilərin tələblərini cavablandırmaq və onların məmnuniyyətini təmin etmək

  • Vəzifə üzrə tələb olunan bilikləri daim artırmaq, şirkətin təlim proqramlarında iştirak etmək

Daxili qaydalar və etik prinsiplər

  • Müştəri tərəfindən tələb olunan eyni məhsulların stokda olmadığı halda, ehtiyaca uyğun alternativ təkliflər hazırlamaq

  • Şirkətin müəyyən etdiyi dress-code qaydalarına riayət etmək

  • Şirkətə məxsus kommersiya və müştəri məlumatlarının məxfiliyini qorumaq

Açar bacarıq və davranışlar:

  • Strateji və analitik düşüncə – bazar proseslərini dərindən təhlil etmək

  • Korporativ satış və danışıqlar – yüksək səviyyədə təqdimat, müzakirə və razılaşma bacarığı

  • Müştəri münasibətlərinin idarəsi – uzunmüddətli tərəfdaşlıq qurmaq və məmnuniyyəti qorumaq

  • Planlama və prioritetləşdirmə – çoxsaylı layihə və hədəfləri effektiv idarə etmək

  • Stressə davamlılıq və operativlik – fövqəladə şəraitdə çevik və düzgün qərar vermək

CV-lərinizi “Korporativ satış üzrə menecer” başlığı ilə göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4344

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Satış təmsilçisi

Tam Ştat

Şöbə/Bölmə: Pərakəndə Satış Təhsili: Orta texniki və ya ali təhsil İş təcrübəsi: minimum 1-2 il Hesabat verdiyi şəxs: Bölmə rəhbəri / Mağaza müdiri Əsas tələblər: Dil bilikləri: Azərbaycan dili sərbəst; Rus və İngilis dilləri arzuolunandır Kompyuter bilikləri: MS Office (Excel, Word), 1C proqramında iş təcrübəsi Əlavə: Satış və müştəri xidməti üzrə təlimlərdə iştirak, məhsul portfeli üzrə ilkin biliklər, təqdimat və aktiv ünsiyyət bacarığı Təklif: Ofis- Dərnəgül. Ziya Bünyadov pr 2071 İş qrafiki: 5 günlük rəsmi iş qrafiki Nahar şirkət tərəfindən təmin edilir. Azərbaycan Respublikası Əmək məcəlləsi əsasında rəsmiləşdirmə Əmək haqqı: 700 azn + bonus Vəzifə öhdəlikləri: Müştəri və satış fəaliyyəti: Müştəriləri qarşılamaq, məhsul və xidmətlər barədə ətraflı məlumat təqdim etmək Müştəri ehtiyaclarını təhlil etmək və uyğun məhsul həlləri təklif etmək İlkin və təkrarlanan satışları təşviq etmək və müştəri məmnuniyyətini təmin etmək Məhsul təqdimatı zamanı diqqəti cəlb edən üsullardan istifadə etməklə satışları artırmaq Müştəri şikayətlərini operativ və düzgün formada həll etmək Satış planı və hesabatlar: Aylıq satış planlarını və hədəflərini yerinə yetirmək üçün aktiv satış fəaliyyəti aparmaq Həftəlik və aylıq satış nəticələri barədə rəhbərliyə hesabat təqdim etmək Müşahidə edilən problemlər barədə rəhbərliyi məlumatlandırmaq və təkliflər vermək İş prosesləri və prosedurlar: Mağazada məhsulların yerləşdirilməsi, vizual qaydalar və prosedurlara uyğunluğa riayət etmək Satış sonrası dəstək göstərmək (məhsul qaytarılması və ya dəyişdirilməsinin izlənməsi) Stokda mövcud olmayan məhsullar üzrə alternativ təkliflər hazırlamaq Vəzifəyə aid bilikləri artırmaq və təlimlərdə iştirak etmək Şirkətin dress-code və nizam-intizam qaydalarına riayət etmək Səriştə və bacarıqlar: Ünsiyyət bacarığı: müştəri ilə səmərəli və aydın ünsiyyət qurmaq bacarığı Müştəri yönümlülük: müştəri ehtiyaclarını düzgün müəyyən edərək məmnuniyyəti təmin etmək Məhsul və satış bilikləri: məhsul xüsusiyyətlərini təqdim etmək və satış texnikalarından istifadə etmək Komanda ilə işləmək: kollektivdə əməkdaşlığı təmin etmək və ümumi hədəflərə fokuslanmaq Stressə davamlılıq: yüksək iş tempində və gərgin situasiyalarda çalışmaq bacarığı CV-lərinizi “Satış təmsilçisi” başlığı ilə göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.