Korporativ satış üzrə menecer

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 7 aprel 2026

Son Tarix: 7 may 2026

Təsvir

Ümumi Baxış:

  • “Rocco Group” MMC, tikinti materialı üzrə şatış həyata keçirən və sürətlə böyüyən şirkətdir. Satış əməliyyatlarımızı optimallaşdırmaq üçün təcrübəli “Korporativ satış üzrə menecer” axtarılır.

Əsas vəzifələr:

  • Şirkətin satış strategiyasına uyğun olaraq korporativ müştəri bazasının genişləndirilməsi.

  • Potensial müştərilərin müəyyənləşdirilməsi, ilkin görüşlərin təşkili və aparılması.

  • Müştərinin ehtiyaclarının analizi və uyğun kommersiya təkliflərinin hazırlanması.

  • Məhsul və xidmətlərin təqdimatı, qiymət müzakirələrinin aparılması.

  • Satış prosesinin bütün mərhələlərinin idarə edilməsi və hədəflərin yerinə yetirilməsi.

  • Mövcud müştərilərlə davamlı əlaqələrin qorunması və uzunmüddətli əməkdaşlığın təmin edilməsi.

  • Satış göstəriciləri üzrə gündəlik/aylıq hesabatların hazırlanması.

  • Müştərilərlə bağlanmış müqavilələrin şərtlərinə uyğun icrasına nəzarət.

  • Rəqib şirkətlərin və bazar tendensiyalarının mütəmadi analizi.

İş şərtləri:

  • İş rejimi: 6 günlük (I-V günlər saat 09:00–17:00, VI gün saat 09:00–15:00).

  • Əmək haqqı: 700- 1300 AZN və bonus sistemi (satış nəticələrinə görə əlavə motivasiya).

  • Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun olaraq rəsmiləşdirmə.

  • Peşəkar təlimlər və inkişaf imkanları.

Tələblər

  • Korporativ satış sahəsində minimum 1–3 il təcrübə.

  • Güclü ünsiyyət və təqdimat bacarıqları.

  • Analitik düşüncə və problem həll etmə qabiliyyəti.

  • Satış texnikaları və danışıqlar aparma bacarığı.

  • Aktiv, məsuliyyətli və nəticə yönümlü olmaq.

Qeyd: Satış şəxsi avtomobil ilə həyata keçirilir. Gündəlik benzin sərfiyyatı və aylıq baxım xərcləri şirkət tərəfindən ödənilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Mövzu hissəsində “Korporativ satış üzrə menecer” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Əlaqə nömrəsi**:**0559588888 Ramal bəy

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13014

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya