Korporativ satış meneceri
Bakı
Tam Ştat
Menecer
700 - 1.300 AZN
Yerləşdirilib 7 aprel 2026
Son Tarix: 17 may 2026
Təsvir
“Rocco Group” MMC, tikinti materialı üzrə şatış həyata keçirən və sürətlə böyüyən şirkətdir. Satış əməliyyatlarımızı optimallaşdırmaq üçün təcrübəli “Korporativ satış üzrə menecer” axtarılır.
İş şərtləri:
İş rejimi: 6 günlük (I-V günlər saat 09:00 dan–17:00 dək, VI gün saat 09:00 dan–15:00 dək).
Əmək haqqı: 700- 1300 AZN və bonus sistemi (satış nəticələrinə görə əlavə motivasiya).
Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun olaraq rəsmiləşdirmə.
Peşəkar təlimlər və inkişaf imkanları.
**Qeyd:**Satış şəxsi avtomobil ilə həyata keçirilir. Gündəlik benzin sərfiyyatı və aylıq baxım xərcləri şirkət tərəfindən ödənilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Mövzu hissəsində “Korporativ satış üzrə menecer” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi: 0559588888 Ramal bəy
İş haqqında
Korporativ satış sahəsində minimum 1–3 il təcrübə.
Güclü ünsiyyət və təqdimat bacarıqları.
Analitik düşüncə və problem həll etmə qabiliyyəti.
Satış texnikaları və danışıqlar aparma bacarığı.
Aktiv, məsuliyyətli və nəticə yönümlü olmaq.
Tələblər
Şirkətin satış strategiyasına uyğun olaraq korporativ müştəri bazasının genişləndirilməsi.
Potensial müştərilərin müəyyənləşdirilməsi, ilkin görüşlərin təşkili və aparılması.
Müştərinin ehtiyaclarının analizi və uyğun kommersiya təkliflərinin hazırlanması.
Məhsul və xidmətlərin təqdimatı, qiymət müzakirələrinin aparılması.
Satış prosesinin bütün mərhələlərinin idarə edilməsi və hədəflərin yerinə yetirilməsi.
Mövcud müştərilərlə davamlı əlaqələrin qorunması və uzunmüddətli əməkdaşlığın təmin edilməsi.
Satış göstəriciləri üzrə gündəlik/aylıq hesabatların hazırlanması.
Müştərilərlə bağlanmış müqavilələrin şərtlərinə uyğun icrasına nəzarət.
Rəqib şirkətlərin və bazar tendensiyalarının mütəmadi analizi.
Necə Müraciət Etmək Olar
Rocco Group MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13013
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer