Korporativ satış üzrə baş mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 yanvar 2026
Son Tarix: 8 fevral 2026
Təsvir
“PAŞA Sığorta” ASC namizədləri Korporativ satış üzrə baş mütəxəssisvəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və öhdəliklər:
Mövcud müştəri bazasının artırılması və satış həcminin genişləndirilməsi məqsədi ilə Korporativ sığorta üzrə koordinatorun tapşırdığı sığorta növləri üzrə məhsulların və xidmətlərin inkişafı üzərində işlənilməsi
Mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi və yaxşılaşdırılması, potensial müştərilər arasında şirkətin məhsullarını və xidmətlərinin yayılması
Şirkətə müraciət edən müştərinin məlumatlandırılması üçün keyfiyyətli informasiya xidmətinin təqdim edilməsi
Müştərilər tərəfindən ərizə formasının doldurulmasına, tarif dərəcəsini və sığorta şərtlərini müəyyənləşdirmək üçün müştəri barədə əlavə məlumatların toplanaraq Anderraytinq şöbəsinə təqdim olunması
Ərizə formasını vaxtında Anderraytinq şöbəsinə təqdim edib müəyyən edilmiş müddətdə hazır sığorta müqavilələrinin və sığorta şəhadətnamələrinin geri götürülməsi
Sığorta müqaviləsinin vaxtında müştəriyə təqdim edilməsi, sığorta təklifinin detalları və şərtləri barədə ətraflı təlimatlandırılması
Mütəmadi olaraq müəyyən edilmiş müddətdə sığorta haqlarının müştərilər tərəfindən ödənilməsinin yoxlanılması və nəzarət edilməsi, eləcədə birbaşa tabe olduğu menecerin rəhbərliyi altında sığorta haqlarının ödənilməsi barədə zəruri məlumatların Maliyyə departamentinə təqdim edilməsi
Potensial müştərilərlə aparılan görüş və danışıqların, göndərilən/təqdim olunan təkliflərin, sığorta şərtlərinin, görüş və danışıqların nəticələrinin məlumat bazasında gündəlik olaraq qeyd edilməsi və şöbə rəhbərinə təqdim edilməsi
Korporativ müştərilərə təqdim olunacaq təkliflərlə bağlı təqdimatların hazırlanması
Gündəlik satışların təhlil edilməsi və aylıq hesabatları hazırlayaraq rəhbərliyə təqdim edilməsi
Biliklər:
Ali təhsil (iqtisadiyyat, biznes, maliyyə və ya əlaqədar sahə üzrə
Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərində sərbəst danışmaq və yazmaq bacarığı
Microsoft Office (Outlook, Word, Excel, Powerpoint və s.) bilikləri
Tələblər
Satış üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur
Sığorta sahəsində işləyənlərə üstünlük verilir
Bacarıqlar:
Təşəbbüskarlıq
Ünsiyyət qurmaq bacarığı
Çalışqan olmaq
Öhdəliklərinə məsuliyyətli olmaq
Dəqiqlik
Fikirlərini aydın izah edə bilmək
İşgüzar məktubları yüksək səviyyədə tərtib edə bilmək
Yaranmış vəziyyətlərə çevik reaksiya vermək
Problemli vəziyyəti həll etmək
Komandada işləmək
Təklif olunan məhsulun satışını təmin etmək bacarıqları
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır
Necə Müraciət Etmək Olar
PASHA Insurance
Vakansiya Təfərrüatları
Vakansiya ID
#5167
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə