Korporativ satış mütəxəssisi

Tam Ştat

Başlanğıc Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 aprel 2026

Son Tarix: 6 may 2026

Təsvir

Namizədə olan tələblər:

  • Ali təhsil;

  • Satış sahəsində minumum 1 il təcrübə;

  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə işləmək bacarığı;

  • Azərbaycan dili biliyi əla səviyyədə, ingilis və ya rus dili biliyi;

  • 1C-də işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Bazar araşdırılmalarının aparılması, yeni imkanların müəyyən edilməsi və rəhbərliyə təkliflərin verilməsi;

  • Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;

  • Müvafiq sistemə satış ilə bağlı məlumatların daxil edilməsi;

  • Sərfiyyat mallarının satışının həyata keçirilməsi;

  • Satışdan əldə olunmuş vəsaitin şirkətə qaytarılması və qalıq malların anbara təhvil verilməsi;

  • Şirkətin satış həcminin artırılması yönündə tədbirlərin görülməsi, rəhbərliyə təkliflərin verilməsi;

  • Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması, müştəri məmnuniyyətinin və loyallığın qorunub saxlanılması;

  • İş fəaliyyəti ilə əlaqədar rəhbərliyin verdiyi digər tapşırıqların vaxtı-vaxtında yerinə yetirilməsi;

  • Ödənişi gecikdirən müştərilər ilə danışıqların aparılması, zərurət olduqda rəsmi tədbirlərin görülməsi üçün müraciətin olunması;

  • Anbarın izlənilməsi, anbara malın sifarişi ilə bağlı təkliflərin verilməsi;

  • İş fəaliyyəti ilə əlaqədar hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;

  • Yeni məhsulların müştərilərə təqdim olunması;

  • Məhsullar haqqında şikayətlərin və sorğuların cavablandırılması, aidiyyəti şəxslərə yönləndirilməsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);

  • İş saatları: 08:30-17:30;

  • İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz);

  • Servis xidməti (20 mst, Gənclik mst və Sumqayıt ş.);

  • Karyera inkişafı imkanları və mehriban kollektiv.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ satış mütəxəssisi” yazaraq hr@cec.az ünvanına göndərmək

və ya https://careers.ram.az/?vacancy=1289&source=UC_HBS8ZI link vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Caspian Equipment Company

Caspian Equipment Company

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13631

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Başlanğıc Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya