Şirkətlərə Qayıt
Caspian Equipment Company

Caspian Equipment Company

2

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

2 iş elanı

Caspian Equipment Company

Korporativ satış mütəxəssisi

Caspian Equipment Company

Tam Ştat
Başlanğıc Səviyyə

Namizədə olan tələblər: Ali təhsil; Satış sahəsində minumum 1 il təcrübə; Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə işləmək bacarığı; Azərbaycan dili biliyi əla səviyyədə, ingilis və ya rus dili biliyi; 1C-də işləmək bacarığı. Vəzifə öhdəlikləri: Bazar araşdırılmalarının aparılması, yeni imkanların müəyyən edilməsi və rəhbərliyə təkliflərin verilməsi; Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması; Müvafiq sistemə satış ilə bağlı məlumatların daxil edilməsi; Sərfiyyat mallarının satışının həyata keçirilməsi; Satışdan əldə olunmuş vəsaitin şirkətə qaytarılması və qalıq malların anbara təhvil verilməsi; Şirkətin satış həcminin artırılması yönündə tədbirlərin görülməsi, rəhbərliyə təkliflərin verilməsi; Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması, müştəri məmnuniyyətinin və loyallığın qorunub saxlanılması; İş fəaliyyəti ilə əlaqədar rəhbərliyin verdiyi digər tapşırıqların vaxtı-vaxtında yerinə yetirilməsi; Ödənişi gecikdirən müştərilər ilə danışıqların aparılması, zərurət olduqda rəsmi tədbirlərin görülməsi üçün müraciətin olunması; Anbarın izlənilməsi, anbara malın sifarişi ilə bağlı təkliflərin verilməsi; İş fəaliyyəti ilə əlaqədar hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması; Yeni məhsulların müştərilərə təqdim olunması; Məhsullar haqqında şikayətlərin və sorğuların cavablandırılması, aidiyyəti şəxslərə yönləndirilməsi. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 08:30-17:30; İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz); Servis xidməti (20 mst, Gənclik mst və Sumqayıt ş.); Karyera inkişafı imkanları və mehriban kollektiv. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ satış mütəxəssisi” yazaraq hr@cec.az ünvanına göndərmək və ya https://careers.ram.az/?vacancy=1289&source=UC_HBS8ZI link vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.