Korporativ Satış Meneceri
Sumqayıt
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 21 may 2026
Təsvir
Komandamıza təcrübəli Korporativ Satış Meneceri tələb olunur!
Satış strategiyalarının qurulması, yeni müştərilərlə əlaqələrin yaradılması və bazar imkanlarının dəyərləndirilməsi sahəsində peşəkarsınızsa – bu vəzifə sizin üçündür!
Vəzifə öhdəlikləri:
Şirkətin korporativ satış strategiyasının hazırlanması və icrasına nəzarət etmək;
Müştəri bazasının formalaşdırılması və uzunmüddətli əməkdaşlıqların qurulması;
Satışla bağlı bazar tendensiyalarını və rəqibləri analiz etmək;
İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender imkanlarını müəyyənləşdirmək;
Potensial satış nöqtələrinə ziyarətlər, ehtiyac analizlərinin aparılması;
Müştərilərlə görüşlər, təqdimatlar və danışıqların aparılması;
Satış hədəflərinə nail olmaq və satış göstəricilərini artırmaq.
Tələblər
Xanım və bəy namizədlər
Ali təhsil
Yaş həddi: 30–45;
Şəxsi avtomobilin olması. ( amortizasiya + yanacaq xərcləri ödəniləcək )
Korporativ satış sahəsində minimum 2 illik iş təcrübəsi;
Karton qutu, tara və kağız satışı üzrə təcrübə üstünlükdür;
Korporativ satış texnikalarına, danışıqlar aparmaq və təqdimat bacarıqlarına sahib olmalı;
Aktiv, təşəbbüskar və nəticəyönümlü olmalı.
İş şəraiti və təkliflər:
İş qrafiki: Bazar ertəsi – Şənbə | 09:00 – 18:00
Əməkhaqqı: Razılaşma yolu ilə + KPİ bonus sistemi
Azərbaycan Respublikası Əmək məcəlləsinə əsasən sənədləşmə
İş yeri: Sumqayıt Kimya Sənaye Parkı
Maraqlanan namizədlər CV-lərini “Korporativ satış meneceri” başlığı ilə qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Bakı Karton və Qutu Fabriki MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14398
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer