Korporativ Satış Meneceri
Bakı Karton və Qutu Fabriki MMC
Komandamıza təcrübəli Korporativ Satış Meneceri tələb olunur!
Satış strategiyalarının qurulması, yeni müştərilərlə əlaqələrin yaradılması və bazar imkanlarının dəyərləndirilməsi sahəsində peşəkarsınızsa – bu vəzifə sizin üçündür!
Vəzifə öhdəlikləri:
Şirkətin korporativ satış strategiyasının hazırlanması və icrasına nəzarət etmək;
Müştəri bazasının formalaşdırılması və uzunmüddətli əməkdaşlıqların qurulması;
Satışla bağlı bazar tendensiyalarını və rəqibləri analiz etmək;
İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender imkanlarını müəyyənləşdirmək;
Potensial satış nöqtələrinə ziyarətlər, ehtiyac analizlərinin aparılması;
Müştərilərlə görüşlər, təqdimatlar və danışıqların aparılması;
Satış hədəflərinə nail olmaq və satış göstəricilərini artırmaq.