Korporativ katib
Bakı,, Azərbaycan
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 may 2026
Son Tarix: 25 iyun 2026
Təsvir
Səhmdarların ümumi yığıncağının, Müşahidə Şurası, İdarə Heyəti və onun komitələrinin iclaslarının çağırılması və keçirilməsini təmin etmək, və həmin iclasların gündəliyini tərtib etək, iclasdan əvvəl onları yenilənmiş məlumatlarla və digər zəruri resurslarla təmin etmək;
Müşahidə Şurasının, İdarə Heyətinin iclası və Komitələrin fəaliyyəti ilə bağlı protokolların idarə edilməsi prosesini təşkil etmək;
Müşahidə Şurası, İdarə Heyətinin iclası və Komitələrin qərarları haqqında Bankın əməkdaşlarını məlumatlandırmaq;
Müşahidə Şurasının, İdarə Heyətinin iclası və Komitələrin qərarlarının və tapşırıqlarının icrasına nəzarət etmək;
Bankın rəhbərliyinin (İdarə Heyətinin Sədri və üzvləri, İdarə Heyəti Sədrinin ofisinin rəhbəri) digər tapşırıq və göstərişlərini yerinə yetirmək.
Tələblər
Ali təhsil;
İş təcrübəsi – 1 ildən 3 ilə qədər;
Mükəmməl səviyyədə MS Office (Power Point, Word, Excel) ilə işləmək;
Dil bilikləri: Azərbaycan dili (əla), Rus (əla), Ingilis dili (əla);
Minimum nəzarətlə effektiv işləmə bacarığı;
Nəzakətli və diplomatik ünsiyyətə sahib olmaq;
Zamanın səmərəli və effektiv idarə edilməsi;
Güclü təşkilatçılıq bacarığı və eyni zamanda bir neçə tapşırığın icra edilməsi
Necə Müraciət Etmək Olar
Bank Respublika ASC
Finance
Bank Respublika ASC Azərbaycanda fəaliyyət göstərən aparıcı kommersiya banklarından biridir və 1992-ci ildə təsis olunub. Bank fərdi və korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, pul köçürmələri, biznes maliyyələşməsi və digər maliyyə xidmətləri təqdim edir. Bank Respublika geniş filial şəbəkəsi və müasir xidmət infrastrukturu ilə ölkənin bank sektorunda mühüm mövqeyə malikdir. Bank fəaliyyətində innovasiya, etibarlılıq və müştəriyönümlü xidmət prinsiplərini əsas tutur. “Bank Respublika Mobile” tətbiqi və rəqəmsal bankçılıq həlləri vasitəsilə istifadəçilərə sürətli və rahat maliyyə əməliyyatları imkanı yaradır. Bank həmçinin sahibkarlığın dəstəklənməsi, kiçik və orta biznesin maliyyələşdirilməsi və ölkə iqtisadiyyatının inkişafına töhfə verən layihələrdə aktiv iştirak edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18539
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000