SQL developer ( aparıcı mütəxəssis)

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 10 iyun 2026

Təsvir

  • Biznes strukturlardan daxil olan tələblər əsasında SQL sorğularının yazılması;

  • Yeni və mövcud hesabatların performansının optimallaşdırılması;

  • Yeni layihələrdə cədvəl strukturları üçün ER Diaqramlarının qurulması və rəylərin verilməsi;

  • Komanda yoldaşlarına dəstək və tövsiyyələrin verilməsi.

Tələblər

  • Ali təhsil;

  • SQL/Hesabatlıq üzrə minimum 2 il bank təcrübəsi;

  • Oracle SQL, PostgreSQL;

  • PL/SQL;

  • Analitik düşünmə bacarığı;

  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;

  • Müvafiq sahə üzrə beynəlxalq sertifikatları olan namizədə üstünlük veriləcəkdir.

Necə Müraciət Etmək Olar

Bank Respublika ASC

Bank Respublika ASC

Finance

Bank Respublika ASC Azərbaycanda fəaliyyət göstərən aparıcı kommersiya banklarından biridir və 1992-ci ildə təsis olunub. Bank fərdi və korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, pul köçürmələri, biznes maliyyələşməsi və digər maliyyə xidmətləri təqdim edir. Bank Respublika geniş filial şəbəkəsi və müasir xidmət infrastrukturu ilə ölkənin bank sektorunda mühüm mövqeyə malikdir. Bank fəaliyyətində innovasiya, etibarlılıq və müştəriyönümlü xidmət prinsiplərini əsas tutur. “Bank Respublika Mobile” tətbiqi və rəqəmsal bankçılıq həlləri vasitəsilə istifadəçilərə sürətli və rahat maliyyə əməliyyatları imkanı yaradır. Bank həmçinin sahibkarlığın dəstəklənməsi, kiçik və orta biznesin maliyyələşdirilməsi və ölkə iqtisadiyyatının inkişafına töhfə verən layihələrdə aktiv iştirak edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16804

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya