Komplayns və risklərin idarə edilməsi şöbə müdiri
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 14 may 2026
Son Tarix: 30 iyun 2026
Təsvir
Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, idarə olunması funksiyasının qurulması və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması prosesində iştirak etmək;
Risklərin idarə olunması üzrə siyasət, prosedur və qaydaların beynəlxalq standartlara və təcrübəyə uyğunluğunun qiymətləndirilməsi və tövsiyələr vermək;
Risklərinin idarə edilməsi üzrə məlumatlılıq səviyyəsinin artırılması istiqamətində şirkət daxili maarifləndirici tədbirlər həyata keçirmək;
Daxili nəzarət mexanizmlərinin effektivliyini qiymətləndirmək;
Aidiyyəti struktur bölmələri ilə koordinasiyalı şəkildə risk analizləri aparmaq;
Komplayns sahəsi üzrə ehtiyac duyulan siyasət və prosedurların hazırlanması və ya hazırlanmasına dəstək göstərmək;
Uyğunsuzluqların aradan qaldırılması üzrə tədbirlər planı hazırlamaq və icrasını izləmək;
Komplayns üzrə İllik Fəaliyyət Planının monitorinqini həyata keçirmək;
Şöbədaxili iş bölgüsünün aparılması, şöbə işçilərinin vəzifələrinin vaxtında və düzgün icrasına nəzarət etmək;
Şöbə qarşısında qoyulmuş vəzifə və funksiyaların yerinə yetirilməsi üçün səlahiyyəti daxilində digər tədbirlərin görülməsi və göstərişlər vermək;
Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunmasını təmin etmək;
Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və tətbiqi ilə bağlı təkliflər vermək;
Şöbənin fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirmək.
Tələblər
Ali təhsil (maliyyə, iqtisadiyyat, mühasibat uçotu, idarəetmə və ya hüquq sahəsi üzrə);
Komplayns, daxili nəzarət və ya risklərin idarə olunması sahəsində minimum 5 il iş təcrübəsi arzuolunandır;
Korporativ idarəetmə, risklərin idarə olunması və komplayns sahəsində bilik və bacarıqlar;
Siyasət, qayda və prosedurların yazılması üzrə bilik və bacarıqlar;
Risklərin idarə olunması, komplayns, audit və digər müvafiq sahələr üzrə sertifikasiyaların olması üstünlükdür (CRMA, CIA, CFE, ACCA və s.);
Analitik düşünmə və problem həll etmə bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmə bacarığı;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Azərbaycan dili - səlis, ingilis – yaxşı; rus dili – arzuolunan.
Necə Müraciət Etmək Olar
AzInTelecom MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#16037
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer