Komplayns üzrə aparıcı mütəxəssis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 21 iyun 2026
Təsvir
Şirkətdə compliance idarəetmə sisteminin qurulmasını, tətbiqini və davamlı inkişafını təmin etmək;
Compliance üzrə siyasət, qayda, prosedur və metodoloji sənədləri hazırlamaq, yeniləmək və aktuallığını təmin etmək;
Şirkətin fəaliyyətinin qanunvericilik, daxili normativ sənədlər və korporativ governance tələblərinə uyğunluğunu qiymətləndirmək;
Whistleblowing (etik bildiriş/məlumatvermə) mexanizmlərinin qurulmasını, tətbiqini və idarə olunmasını təmin etmək;
Daxil olan whistleblowing müraciətlərinin qeydiyyatını, ilkin qiymətləndirilməsini, araşdırılmasını və nəticələrinin izlənilməsini həyata keçirmək;
Uyğunluq risklərini identifikasiya etmək, qiymətləndirmək və monitorinq etmək;
Struktur bölmələr və biznes proseslər üzrə compliance review və thematic yoxlamalar həyata keçirmək;
Uyğunsuzluq halları, etik pozuntular və maraqlar toqquşması üzrə araşdırmalar aparmaq və nəticələr üzrə hesabatlar hazırlamaq;
Biznes proseslər üzrə compliance riskləri və nəzarət nöqtələrinin xəritələndirilməsini həyata keçirmək;
Yeni məhsul, proses və təşəbbüslər üzrə compliance risk assessment aparmaq;
Qanunvericilik və tənzimləyici tələblərdə baş verən dəyişiklikləri izləmək, təsir analizləri aparmaq və uyğunlaşdırma tədbirləri hazırlamaq;
Compliance üzrə monitorinq, dashboard və hesabatlılıq mexanizmlərini formalaşdırmaq;
Şirkətdə etik davranış, anti-fraud və compliance mədəniyyətinin formalaşdırılması istiqamətində tədbirlər həyata keçirmək;
İdarəetmə və struktur bölmələr üçün compliance üzrə metodoloji dəstək göstərmək;
Compliance üzrə fəaliyyət nəticələrinə dair hesabatlar hazırlamaq.
Tələblər
Ali təhsil (maliyyə, iqtisadiyyat, mühasibat uçotu, idarəetmə və ya hüquq sahəsi üzrə);
Komplayns, daxili nəzarət və ya risklərin idarə olunması sahəsində minimum 3 il iş təcrübəsi arzuolunandır;
Korporativ idarəetmə, risklərin idarə olunması və komplayns sahəsində bilik və bacarıqlar;
Siyasət, qayda və prosedurların yazılması üzrə bilik və bacarıqlar;
Risklərin idarə olunması, komplayns, audit və digər müvafiq sahələr üzrə sertifikasiyaların olması üstünlükdür.
Analitik düşünmə və problem həll etmə bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmə bacarığı;
İngilis və Rus dili bilikləri vacibdir.
Necə Müraciət Etmək Olar
"Agrarco" MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17533
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə