Kommersiya şöbəsinin müdiri (Masallı)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 dekabr 2025

Son Tarix: 21 yanvar 2026

Təsvir

"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!

Səni hansı missiya gözləyir?

  • Regionun əhatə dairəsinə daxil olan hər bir satış və xidmət nöqtələrində satış və satış üzrə mütəxəssislərə aid əməliyyat proseslərinin təşkilinə nəzarət etmək;

  • Regionun əhatə dairəsinə daxil olan hər bir satış və xidmət nöqtələrində yerləşdirilən reklam materialların, küçə reklam daşıyıcıları və digər reklam materiallarının qüvvədə olan xidmətlərə və kampaniyalara uyğun olmasına nəzarət etmək;

  • Şirkət tərəfindən təqdim olunan məhsul, mal və xidmətlər barədə daimi məlumatlı olmaq;

  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə rəhbərlik tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrasını təmin etmək;

  • Şirkətə aid məlumatın məxfiliyinin qorunmasını təmin etmək;

  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanmasını təmin etmək;

  • Mövcud sistemlərin təkmilləşdirilməsi üçün təkliflər vermək;

  • Rəqib şirkətlərin bazar fəaliyyətinə nəzarət və buna dair məlumatın birbaşa rəhbərə çatdırılmasını təmin etmək;

  • Region üzrə təyin edilmiş satış hədəfləri ilə bağlı şöbələr(rayon) arasında bölgünün aparılması və icrasına nəzarət etmək;

  • Korporativ xidmətlər üzrə satışların həyata keçirilməsini təmin etmək;

  • Ərazilərin potensial müştəri bazası baxımından araşdırılmasını və nəticələrin rəhbərliyə çatdırılmasını təmin etmək.

Tələblər

Səndən gözlədiklərimiz:

  • Bakalavr təhsili (SƏTƏM, mühəndislik və ya idarəetmə sahələri üstünlükdür)

  • SƏTƏM üzrə minimum 10+ il təcrübə

  • NEBOSH, IOSH və ya OSHA sertifikatı

  • Azərbaycan dili – sərbəst; İngilis dili biliyi – üstünlükdür

  • SƏTƏM sənədlərinin hazırlanması bacarığı

  • Yüksək analitik düşünmə

  • Güclü kommunikasiya, komanda idarəetməsi və koordinasiya bacarığı

  • Qaydalar və prosedurlara ciddi riayət

  • Yüksək məsuliyyət, diqqətlilik və operativ problem həlli bacarığı

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#2577

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Müştəri Dəyərinin İdarə Edilməsi üzrə Mütəxəssis – Data Analitika yönümlü

Tam Ştat

Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol! Vəzifə öhdəlikləri : Təqdim edilmiş taktiki plana əsasən Müştəri Dəyərinin İdarə Edilməsi (CVM) bölməsinin əməliyyat planının hazırlanması və icrası; Müştəri itkisini (churn) minimuma endirmək, müştəri sədaqətini artırmaq və upsell və cross-sell alətləri vasitəsilə gəlirləri yüksəltmək məqsədilə proaktiv tədbirlərin hazırlanması və həyata keçirilməsi; Xam məlumatların emalı, ətraflı analiz üçün uyğun formata salınması, eləcə də ad hoc və daimi hesabat tələblərinin müəyyən edilməsi; Müştəri bazasının davamlı və aktual seqmentasiyasının aparılması və hər bir seqment üçün onların profillərinə uyğun optimal təkliflərin hazırlanması; Əl əməyinə əsaslanan proseslərin avtomatlaşdırılması imkanlarının araşdırılması və tətbiq üçün ən yaxşı təcrübələrin təklif edilməsi; CVM portfeli üzrə müştəri şikayətləri, texniki nasazlıqlar və digər problemlər barədə məlumatlı olmaq üçün aidiyyəti tərəflərlə əlaqənin saxlanılması və bu məsələlərin vaxtında, keyfiyyətli şəkildə həll edilməsi; Təkliflərin hazırlanması və kampaniyaların idarə olunması ilə bağlı bütün zəruri proseslərdə iştirak edilməsi, tapşırıqların vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi; Təşkilatın və CVM təşəbbüslərinin əsas fəaliyyət göstəricilərinin (KPI) gündəlik əsasda izlənilməsi, proaktiv və reaktiv tədbirlərin görülməsi.