Ana Səhifə
Vakansiyalar

Kimya mühəndisi (Qaradağ)

Vakansiyanın müddəti başa çatıb

Bu iş elanının son müraciət tarixi keçib. Aktiv vakansiyalar üçün vakansiyalar səhifəsini yoxlayın.

Kimya mühəndisi (Qaradağ)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 24 fevral 2026

Son Tarix: 30 mart 2026

Təsvir

  • İstehsalat prosesinin texniki təhlükəsizliyini təmin etmək;

  • İstehsal olunan məhsullar üzrə xammal və hazır məhsulların mövcud standart və texniki şərtlərə uyğunluğunun təyin edilməsi üçün laboratoriya analizlərinin aparılması;

  • İstehsal olunan məhsulun fiziki-kimyəvi analizləri göstəricilərinə nəzarət etmək;

  • Aparılan əməliyyatların razılaşdırılmış plana uyğun olmasına nəzarət etmək;

  • İstehsal olunan məhsulun fiziki - kimyəvi analizlərinin göstəricilərinə nəzarət etmək;

  • Kimyəvi məhlulların hazılanması və reaksiyaların aparılmasını təmin etmək;

  • Kimya məhsulların istehsal problemlərini araşdırmaq, səbəbləri təhlil etmək və həll yollarını təyin etmək;

  • Yeni tədqiqat və analiz metodlarını araşdırmaq;

  • Laborator avadanlıqların sazlığına nəzarət etmək, onların vaxt aşırı olaraq tənzimlənməsini təmin etmək;

  • Keyfiyyətlə və təhlükəsizliklə bağlı məsələlərini vaxtında həll etmək.

Tələblər

  • Ali təhsil: Kimya üzrə;

  • Müvafiq sahə üzrə minimum 5 illik iş təcrübə;

  • Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis dili biliyi mütləqdir;

  • Ofis proqramlarında işləmə bacarığı.

İş şəraiti:

  • İş yeri: Qaradağ;

  • İş qrafiki: 6 günlük (qısa iş günü);

  • İstirahət: Şənbə və bazar günü;

  • Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);

  • Dinamik və gənc komanda ilə iş imkanı.

Necə Müraciət Etmək Olar

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Manufacturing

2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9670

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Mühasib Operator

Tam Ştat

Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkil edilməsi; Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların daxili proqrama daxil edilməsi; Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət edilməsi; Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi; Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət edilməsi, onların mühasibat standartalarına uyğun uçotunun təmin edilməsi; Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak edilməsi, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasının həyata keçirilməsi; İstehsalatda baş verən maliyyə əməliyyatlarının (xammal alışları, istehsalat xərcləri, əmək haqları və s.) düzgün uçotunu aparmaq; Xammal, material və məhsul dövriyyəsini izləmək və müvafiq hesabatları hazırlamaq; İstehsalatda baş verən birbaşa və dolayı xərclərin uçotunu aparmaq və hesabatlara daxil etmək; İstehsalat prosesində hər bir məhsulun maya dəyərinin hesablanmasını təmin etmək; Xammal, əməyin dəyəri, enerji və digər istehsalat xərclərini nəzərə alaraq məhsulun faktiki maya dəyərini müəyyənləşdirmək; Maya dəyərinin təhlili əsasında istehsal prosesində səmərəsiz xərclərin müəyyənləşdirilməsi və azaldılması üzrə təkliflər vermək; Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.