Böyük mühasib (Masazır ərazisi)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 29 aprel 2026
Son Tarix: 28 may 2026
Təsvir
Mühasibat uçotunun qanunvericiliyə uyğun qurulması və aparılması;
Maliyyə əməliyyatlarının düzgün sənədləşdirilməsinin təşkili və nəzarət;
Hesablar planına uyğun müxabirləşmələrin aparılması və nəzarət edilməsi;
Aylıq, rüblük və illik maliyyə hesabatlarının tərtibi;
Rəhbərliyə analitik maliyyə məlumatlarının təqdim edilməsi;
Vergi bəyannamələrinin hazırlanması və vaxtında təqdim edilməsi;
Vergi öhdəliklərinin düzgün hesablanması və ödənilməsinə nəzarət;
Bank əməliyyatlarına nəzarət və düzəlişlər;
Kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət;
Ödəniş tələblərinin yoxlanılması və təsdiqi;
Audit proseslərində iştirak və lazımi sənədlərin hazırlanması;
Mühasiblərin işinə nəzarət və koordinasiya;
Maliyyə və vergi qanunvericiliyində dəyişikliklərin izlənməsi;
Mühasibat və vergi uçotu arasında fərqlərin izlənməsi, uyğunsuzluqların vaxtında aradan qaldırılması;
E-taxes.gov.az sistemində əməliyyatların idarəsi;
Sistem səhvlərinin və uyğunsuzluqların operativ həlli;
Hüquq şöbəsi ilə koordinasiyalı iş;
Rəhbərlik tərəfindən tapşırılan digər işlərin vaxtında və düzgün formada icrası.
Tələblər
Təhsil: Ali;
İş təcrübəsi: minimum 3 il;
Dil bilikləri: Azərbaycan dili səlis, ingilis dili orta səviyyə;
Kompüter bilikləri: 1C 8.3 və MS Office (Word, Excel yüksək səviyyədə);
Sertifikatlar: İFRS və PM;
Ölkədaxili ezamiyyət imkanları.
İş şəraiti:
İş saatı: 09:00-dan 18:00-dək;
İstirahət: Şənbə və bazar günü;
İş yeri: Mətanət A zavodu (Masazır ərazisi).
Biz nə təklif edirik:
Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
Dinamik və gənc komanda ilə iş imkanı.
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15421
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000