Kiçik və Orta Biznes Müştərilər üzrə kiçik mütəxəssis/mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 19 iyun 2026
Təsvir
Müştərilərlə effektiv əlaqələrin qurulması və yeni müştərilərin banka cəlb edilməsi;
Kredit, qeyri-kredit məhsulları və korporativ xidmətlər üzrə bank prosedurlarını və məhsullarını mükəmməl səviyyədə bilmək, potensial müştərilərə düzgün təqdim etmək;
Kredit və qeyri-kredit məhsulları üzrə fərdi portfelin formalaşdırılması, idarə olunması və yüksək keyfiyyətinin təmin edilməsi;
Kreditləşdirmə prosesləri üzrə bankın siyasət, prosedur və qaydalarına uyğun əməliyyatların icra edilməsi;
Bazar dinamikası və biznes təmayüllərini izləmək və müştəri ehtiyaclarına uyğun yanaşmalar tətbiq etmək.
Tələblər
Analitik düşüncə və ünsiyyət qurma qabiliyyəti.
Bank, Maliyyə və İqtisadiyyat sahəsində bakalavr təhsili;
Stressə davamlılıq və kollektivdə işləyə bilmə bacarığı;
Azərbaycan dilini mükəmməl bilmək
Müvafiq istiqamət üzrə minimum 6 ay bank təcrübəsi mütləqdir
Necə Müraciət Etmək Olar
AccessBank
AccessBank Azərbaycanda fəaliyyət göstərən aparıcı mikromaliyyə və kommersiya banklarından biridir. Bank 2002-ci ildə Almaniya İnkişaf Bankı (KfW), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və digər beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə yaradılıb. AccessBank əsasən kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi istiqamətində ixtisaslaşıb və fərdi müştərilər üçün də geniş bank xidmətləri təqdim edir. Bank fəaliyyətində şəffaflıq, əlçatan maliyyə xidmətləri və sahibkarlığın dəstəklənməsi prinsiplərini əsas tutur. AccessBank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri ilə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. Bank həmçinin innovativ yanaşmaları və müştəriyönümlü xidməti ilə Azərbaycanın bank sektorunda etibarlı maliyyə institutlarından biri kimi tanınır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17509
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+